Azərbaycan Pakistandan döyüş təyyarələri alacaq
Azərbaycan Pakistandan hərbi sənaye kompleksinin məhsullarını idxal edəcək. Bu barədə razılaşma ötən gün Azərbaycan prezidenti İlham Əliyevin İslamabadda Pakistan baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşü zamanı əldə olunub. Görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub.
AzNews.info-nun xəbərinə görə, hərbi ekspert Rəşad Süleymanov AzVision.az-a bildirib ki, Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alacaq.
“Bunlar “JF -17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələridir. Türkiyə 52 ədəd “Super Mushshak” təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Bu yaxınlarda Pakistanın müdafiə naziri ilə sərgidə söhbətimiz oldu və bildirdi ki, təyyarələr Azərbaycana ixrac edilməyə hazırdır.
Təyyarələrin Azərbaycana satılması üçün görüşlər olub və bəzi sənədləşmə işləri həll olunduqdan sonra təyyarələrin ölkəmizə satışı baş tutacaq. Həmçinin bu təyyarələrdən axtarış-xilasetmə və kəşfiyyat əməliyyatlarında da istifadə olun bilər”, - deyə ekspert bildirib.
Mənbə:> AzVision.az