Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hadisə

Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi – YENİLƏNİB

Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi



Ötən gün oktyabrın 6-da axşam saatlarında Yeerevan restoranlarından birində həmkarını güllələyən eks-deputat Arutyun Qaragözyan intihar edib. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu gün Yerevanın Davitaşen rayonundakı daş emalı sexlərindən birində eks-deputat Qaragözyanın cəsədi aşkarlanıb. Onun odlu silahdan açılan atəş nəticəsində öldüyü müəyyən olunub, cəsədin sağ əlində tapança aşkarlanıb. Polisdən bildirildiyinə görə Qaragözyanın intihar etdiyi ehtimal olunur.


Digər məlumata görə restpranda baş vermiş qanlı “razborkada” digər eks-deputat Abraam Manukyan da olub. O, Karo Karapetyanla Arutyun Qaragözyanın görüşündə iştirak edib. Bu gün Manukyan hadisə ilə bağlı dindirilib.

Məlum olub ki, Qaragözyanla Karo Karapetyan arasında maliyyə məsələlərinə görə münaqişə olub və Manukyan onları barışdırmaq üçün restorandakı görüşə gedibmiş. Lakin sonda barışıq alınmayıb və Qaragözyan silahını çəkib.

***

Ermənistanın İstintaq Komitəsi ötən gün oktyabrın 6-da axşam saatlarında Yerevan restoranlarından birində “Çiçəklənən Ermənistan” partiyasından keçmiş deputat Karo Karapetyanın güllələnməsinə dair rəsmi məlumat yayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumata əsasən saat 22 radələrində Yerevanın mərkəzindəki “Hayginer” restoranında münaqişə baş verib. Nəticədə eks-deputat Karapetyan və daha bir nəfər güllə yarası alıb.

“Karapetyan xəstəxanaya aparılarkən yolda keçinib. Odlu silah yarası alan Sərkis Avaqyan tibb mərkəzinə çatdırılıb, onun üzərində cərrahiyə əməliyyatı aparılır”-İstintaq Komitəsindən bildiriblər.

Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi

Karo Karapetyan


Yerevan polisindən isə deyiblər ki, əməliyyat-axtarış tədbirləri sayəsində şübhəlini müəyyən etmək mümkün olub. Hadisə yerində cinayətkarın atəş açdığı tapança və boş gilizlər tapılıb. İstintaq qətlin xüsusatlarını araşdırır.

Karo Karapetyan 2007 və 2012-ci illərdə Ermənistan Milli Məclisinə seçilib. 2017-ci ildə mandatının müddəti bitib.

Erməni KİV-lərində son dəqiqələrdə yer alan xəbərlərdə deyilir ki, Karapetyanı güllələyən elə onun öz həmkarı, “Karameli Arut” ləqəbli Arutyun Qaragözyandır. O da “Çiçəklənən Ermənistan” partiyasından deputat olub və qətl iki keçmiş deputat arasında çox güman ki, biznes münaqişəsinə görə baş verib.

Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi

Arutyun Qaragözyan


Öldürülən Karo Karapetyan “Yuvetsi Karo” ləqəbi ilə tanınır və erməni KİV-lərinin yazdığı kimi onun parlament fəaliyyətinə heç bir dəxli olmayıb. Bizneslə məşğul olub və tez-tez kriminal xronikanın qəhrəmanına çevrilib. Əvvəllər polisdə yüksək vəzifə tutan Karapetyan 2009-cu ildə həmkəndlisi Artur Zadoyana bir neçə dəfə atəş açıb, bundan əvvəl isə onu döyüb. Lakin işi necə fırladıblarsa Karapetyan zərərçəkmiş kimi tanınıb, Zadoyana isə cinayət işi açıblar. Sonda iş bağlanıb.

Həmkarını güllələyən eks-deputat Qaragözyan intihar etdi


Arutyun Qaragözyan da kriminal keçmişə malikdir, məlumatlara görə iki keçmiş deputat arasında əmlak mübahisəsi yaranıb və onlar məsələni həll etmək üçün restoranda görüşüblər. Və “Karameli Arut” öz həmkarına atəş açıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *