İnterpol prezidenti istefa verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

İnterpol prezidenti istefa verdi

İnterpol prezidenti istefa verdi

İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Menq Honqvey istefa verib.

Bu barədə məlumat beynəlxalq polisin “Twitter” səhifəsinə yerləşdirilib.

“Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyinə cənab Menq Honqveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir”, – deyə bəyanatda bildirilib.

Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin müvəqqəti icraçısı təyin edilib. Yeni prezident noyabrda Baş Assambleyanın BƏƏ-nin Dubay şəhərində keçiriləcək iclasında seçiləcək.

Qeyd edək ki, Menq Honqvey eyni zamanda Çinin İctimai Təhlükəsizlik nazirinin müavini olub. O, ötən ay ölkəsinə səfəri zamanı qanun pozuntularına görə həbs olunub. 2004-cü ildə İnterpolun Çin bölməsinin rəhbəri olmuş Honqvey 2016-cı ilin noyabrın 10-dan İnterpolun prezidenti idi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *