“Çox kişi adamdır...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

“Çox kişi adamdır...”

“Çox kişi adamdır...”

“Aleksandr Dmitriyeviç çox sanballı və tələbkar adamdır. O, qətiyyən münaqişə xoşlamır, mübahisə eləmir, qisas almır. Necə olsa başından basmayacaq və həmişə qarşısındakını dinləməyə hazır olacaq. Hesab edirəm ki, bizim şəhərin bu cür mütəxəssislə bağlı bəxti gətirib. Üstəlik o çox işləyir. Adam cənubda doğulub, başqa millətin arasında. O, çox kişi, mərd adamdır”.

Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı milyarder və diaspor lideri Vaqif Məmişov şəhərin qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Beqlovun təyinatına münasibət bildirərəkən deyib. Məmişovun sözlərini “Fontanka.ru” sitat gətirir.

“Çox kişi adamdır...”


Aleksandr Beqlov 1956-cı ildə Bakıda anadan olub. Qubernator vəzifəsinə təyin olunana qədər Rusiya prezidentinin Şimal-Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini tuturdu. Putin bu günlərdə Beqlovu qubernator postuna təyin edib. Bundan əvvəlki qubernator Georgi Poltavçenko da Bakıda anadan olmuşdu və Məmişovun yaxın dostu idi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *