Qüdrət Şükürovun cinayətlərinin nəticələri: Bakıda lift qırıldı, ölən var » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

Qüdrət Şükürovun cinayətlərinin nəticələri: Bakıda lift qırıldı, ölən var

Qüdrət Şükürovun cinayətlərinin nəticələri: Bakıda lift qırıldı, ölən var

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

5-ci mikrorayonda Asif Məhərrəmov 44a ünvanında yerləşən yaşayış binasının təmirdə olan liftin zənciri qırılaraq 10-cu mərtəbədən şaxtaya düşüb.

Bu zaman aşağıda təmizlik işləri aparan xadimə liftin altında qalıb. Onun elə hadisə yerindəcə keçindiyi bildirilir.

Bir az əvvəl bədbəxt hadisədə həlak olan Mahirə Yusifovanın cəsədinin hadisə yerindən çıxarılması anının videosu yayılıb.

Virtualaz.org xatırladır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürov barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *