Azərbaycan insan inkişafının yüksək səviyyəsi olan ölkələr sırasındadır
Azərbaycan insan inkişafının ən yüksək səviyyəsi olan ölkələr siyahısında yer alıb.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf proqramında qeyd edilir (BMTİP).
Bu göstərici həyatın gözlənilən davamlığı, əhalinin savad və həyat səviyyəsi əsasında hesablanır. Reytinqdə ilk mövqeləri müvafiq olaraq Norveç, İsveçrə və Avstraliya tutub.
Sözügedən tədqiqatın təqdimatı BMT-nin mənzil-qərargahında baş tutub.
Ümumilikdə siyahıya 189 ölkə daxil edilib. İlk “onluq”da həmçinin Almaniya, İrlandiya, İslandiya, Honkonq, İsveç, Niderland və Sinqapur da yer alıb. ABŞ reytinqin 13-cü pilləsində qərarlaşıb.
BMT ekspertlərinin rəyinə görə, Rusiya siyahıda 49-cu yerə layiq görülüb.
Qeyd edək ki, ümumilikdə ən yüksək insan inkişafı olan ölkələrin sayı 59-dur.
Keçmiş SSRİ məkanından reytinqdə həmçinin Estoniya (30-cu yer), Litva (41), Belarus (53) və Qazaxıstan (58) yer alıb.
Digər, yüksək inkişaf səviyyəsi olan dövlətlər qrupu sırasına sabiq müttəfiqlərdən Gürcüstan (70), Ermənistan (83), Ukrayna (88), Özbəkistan (105) və Türkmənistan (108) daxil edilib.
113-151-ci yerlərdə orta inkişaf səviyyəsinə malik ölkələr qərarlaşıb. Onların sırasında Moldova (112) və Tacikistan (127) da yer alıb.
152-ci yerdən isə aşağı inkişaf səviyyəli ölkələr sadalanır. Bu siyahıda ən aşağı göstəricilərə Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Niger malikdir.
İnsan inkişafı indeksi hər il hesablanan və ölkələrdə həyatın keyfiyyətinin dəyərləndirilməsi üçün istifadə edilən göstəricidir.
Bu hesablama zamanı ekspertlər üç amili nəzərə alır: həyatın gözlənilən davamlığı, əhalinin savad və həyat səviyyəsi
Mənbə:> Oxu.Az