Lirə üçün həlledici gün
Bu gün Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin sentyabr iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, artıq bir neçə gündür bazarlar MB-nın bu iclasında veriləcək qərara köklənib.
Faizlərin 4,25 bənd artırılaraq, 17,75%-dən 22%-ə qaldırılacağı irəli sürülür.
Faiz artımından sonra dolların məzənnəsinin 6,50 lirədə sabitləşəcəyi irəli sürülür. Mərkəzi Bankın faiz artımına getməyəcəyi təqdirdə, dolların 7 lirəyə qədər möhkəmlənməsi istisna edilmir.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ilin sonuna lirənin dollara nisbətdə məzənnəsinin 6,59 lirə təşkil edəcəyini açıqlayıb.
Mənbə:> Oxu.Az