SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları açdı » AzNews.info -Xəbər portalı

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları açdı

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları açdı

Azərbaycanın SOCAR CNG şirkəti Türkiyədə yük maşınları üçün bir neçə sıxılmış təbii qaz (STQ – beynəlxalq miqyasında CNG, yəni “Compressed Natural Gas”) məntəqəsi istifadəyə verib.

Bu barədə şirkətin məlumatında deyilir.

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları açdı


Bildirilir ki, yük maşınları CNG ilə yanacağa 30 faiz qənaət etmiş olacaq.

Şirkətin məlumatına görə, bu addımın məqsədi sənaye, turizm, tikinti, nəqliyyat kimi fərqli sahələrdə fəaliyyət göstərən qurumların avtomobil parklarına iqtisadi və ekoloji cəhətdən daha sərfəli olan maye qazdan istifadəni təmin etməkdir.

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları açdı


Qeyd olunur ki, şirkət bununla təxminən 200-250 km-lik məsafələrdə yerləşən və son texnoloji avadanlıqlardan istifadə edilməklə inşa olunan yeni CNG stansiyaları sayəsində, İstanbul, Ankara, Mersin, Bursa, İzmir kimi ticarətin sıx olduğu böyük mərkəzləri bir-birinə və ətraf rayonlarına birləşdirən yollarda çalışan nəqliyyat vasitələrinə yeni, iqtisadi və ekoloji cəhətdən daha sərfəli bir yanacaq alternativi təqdim etmiş olub.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *