Soçidə prezidentlərin geniş tərkibdə görüşü və işçi naharı olub » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Soçidə prezidentlərin geniş tərkibdə görüşü və işçi naharı olub

Soçidə prezidentlərin geniş tərkibdə görüşü və işçi naharı olub

Sentyabrın 1-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü və işçi naharı olub.

* * *14:31

Bu dəqiqələrdə Soçidə Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar başa çatıb. Prezidentlərin iştirakı ilə bir sıra ikitərəfli sənədlər imzalanıb. Daha sonra prezidentlər bəyanatlarla çıxış ediblər.

* * *14:05

AzərTAC Azərbaycan və Rusiya prezidentlərinin Soçidə, "Boçarov Ruçey" iqamətgahında baş tutmuş görüşünün mətbuata açıq hissəsi barədə məlumat yayıb. Məlumata görə Rusiya Prezidenti Vladimir Putin görüşü açaraq bunları deyib:

-Hörmətli İlham Heydər oğlu.

Əziz dostlar.


İcazə verin, Sizi Soçidə ürəkdən salamlayım. Qeyd etmək istərdim ki, bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və bu da təbiidir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Lakin təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz. Xoş gəlmisiniz!

Azərbaycan Prezidenti İlham Əliyev isə deyib:

-Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə, bizi Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istərdim. Bizim görüşlərimizə həmişə şadam. Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm surətdə görüşürük və bu görüşlər münasibətlərimizə dinamizm gətirir. Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tamdəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək. Dəvətə görə bir daha təşəkkür edirəm.

* * *13:25

Bu dəqiqələrdə Soçidə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar gedir. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, görüşün jurnalistlərə açıq hissəsində prezidentlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirə ediləcəyini deyiblər.

Azərbaycan prezidenti bildirib ki, o rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi planlaşdırır. “Bu gün biz Ermənistan-Azərbaycan münaqşəsinin nizamlanması ilə bağlı məsələləri, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik, o cümlədən regional problemləri”-İ.Əliyev deyib.

Rusiya dövlət başçısı isə deyib ki, Moskva ilə Bakının qarşılıqlı münasibətlərinin indiki səviyyəsindən məmnundur. “Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu, təbii ki, çox geniş qarşılıqlı əlaqələrdir, hansı ki, biz strateji tərəfdaşlıq adlandırırıq”-Putin bildirib.

Rusiya prezidentinin sözlərin görə, münasibətlər həm siyasi, həm iqtisadi xətt üzrə inkişaf edir. Ötən il qarşılıqlı mal dövriyyəsi 34 faiz artıb, bu ilin ilk aylarında mülki təyinatlı məhsulların satışında 20 faiz artım qeydə alınıb. Putin Əliyevin onun dəvətini qəbul edərək Rusiyaya səfər etməsindən məmunluğunu bildirib.

Azərbaycan prezidenti isə əlavə edib ki, Rusiya prezidenti ilə görüşlər qarşılıqlı münasibətlərə dinamizm qazandırır. “Əminəm ki, bizim bu günkü görüşümüz iki ölkənin münasibətlərinə əlavə impuls verəcək”-Əliyev bildirib. O, Putinlə yeni görüşündən çox şad olduğunu da deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *