Azərbaycanda güclü zəlzələ baş verdi – VİDEO + FOTO
Təbiət hadisəsi, təqribən 4-5 bal gücündə olub
Ötən dəqiqələrdə cənub bölgəsində güclü zəlzələ baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, zəlzələ Lənkəran şəhərində saat 16:57-də qeyd alınıb.
Təbiət hadisəsi, təqribən 4-5 bal gücündə olub. Zəlzələnin təsiri, xüsusilə çoxmərtəbəli binalarda hiss olunub, sakinlər evlərini tərk ediblər.
Qeyd edək ki, güclü təkanlar ətraf rayonlarda — Lerik, Yardımlı, Astara, Masallıda da hiss edilib. Rayon sakinlərinin sözlərinə görə, təkanların gücündən insanlar təşvişə düşsələr də, zəlzələ insan tələfatı olmadan ötüşüb. Hazırda baş verənlər araşdırılır.
Onu da əlavə edək ki, İran İslam Respublikasında da 6 bal gücündə zəlzələ qeydə alınıb.
Mənbə:> Sputnik Azərbaycan