ABŞ konqresmenləri Türkiyədə səfərdədir
ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.
Onlar Türkiyənin Xarici İşlər və Müdafiə nazirliklərinin nümayəndələri ilə görüşüblər.
Məlumata görə, konqresmenlər rəsmi Ankaraya ABŞ-ın Türkiyə ilə əlaqələri normallaşdırmaq istəyinə dair mesajı çatdırıblar.
Konqresmenlər keçirdikləri görüşlərdə bildiriblər ki, Türkiyə Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almaqdan imtina etdiyi halda, ABŞ-ın “F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsinə qoyduğu qadağa aradan qaldırıla bilər.
Türkiyə rəsmiləri isə ABŞ Konqresinin rəsmi Ankaraya qarşı tutduğu səhv mövqenin dəyişməsinin vacibliyini söyləyiblər.
Mənbə:> Oxu.Az