Azərbaycanda yarasa "qozası" fırıldaqçıları peyda olub? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə, Video

Azərbaycanda yarasa "qozası" fırıldaqçıları peyda olub? – VİDEO

Azərbaycanda yarasa "qozası" fırıldaqçıları peyda olub?

Türkiyədəki Çankırı Karatekin Universitetinin zoologiya fakültəsinin əməkdaşı Tarkan Yorulmaz bildirib ki, son günlərdə yarasalarla bağlı fırıldaqçılıq halları artıb. “Fırıldaqçı şəbəkələr sosial şəbəkələrdə uydurma videolar paylaşaraq, vətəndaşlara mağaralarda yarasa qozasının və yarasa kisəsinin olduğunu, bunların isə dərman istehsalında istifadə edilən çox dəyərli maye olduğunu bildirirlər”, - alim deyir.

Onun sözlərinə görə, bu fırıldaqçılıq sxemi İran, İraq, Azərbaycan, Əlcəzair və Suriyada çox yayılıb, bu günlərdə isə Türkiyəyə də ayaq açıb.

Azərbaycanda yarasa "qozası" fırıldaqçıları peyda olub?


Virtualaz.org “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bioloq olaraq 18 ildir yarasaları öyrəndiyini deyən Yorulmaz bunları qeyd edib:

“Fırıldaqçı şəbəkələr sosial mediada uydurma videolar paylaşaraq, vətəndaşlara mağaralarda yarasa qozasının və yarasa kisəsinin olduğunu, bunların isə dərman istehsalında istifadə edilən çox dəyərli maye olduğunu bildirirlər. Vətəndaşlar bu qozaları görmək üçün yaşadıqları qəsəbələrdə, kəndlərdə olan mağaralara gedir, müdafiəsiz yarasaları qovur, yaxud da öldürürlər. Lakin yarasalar məməlilərə aiddir, hər hansı qoza və kisələri yoxdur. Onlar da bütün məməlilər kimi diri bala doğur və balalarını ana südü ilə bəsləyirlər”.

Fırıldaqçı şəbəkə üzvləri, Yorulmazın sözlərinə görə, bir-birləri ilə əlaqəli fəaliyyət göstərirlər.

“Bəziləri özünü qoza satıcısı, digərləri isə qoza mütəxəssisi kimi qələmə verir. Videoların altında müxtəlif şərhlər yazaraq, vətəndaşların diqqətini buna cəlb etməyə çalışırlar. Sosial mediada bu videoları izləyən vətəndaşlar isə ətrafda yerləşən mağaralarda qoza axtarışına çıxırlar. Tapmadıqda isə həmin videoları yayanlarla əlaqəyə girirlər. Vətəndaşı əvvəlcədən qoza yerləşdirilmiş mağaraya aparırlar, guya mütəxəssis olan şəxs isə ona bu qozaların mahiyyətini başa salır və beləliklə, vətəndaş şəbəkənin toruna düşür. Mütəxəssis başa salır ki, qoza hələ lazım olduğu qədər yetişməyib və bir az gözləmək lazımdır. Şəbəkə vətəndaşı aldadaraq bildirir ki, qozaya sahib çıxmaq lazımdır və ilkin xərclər üçün bir qədər pul tələb olunur. Vətəndaş pulu ödədikdən sonra mağaraya bir də heç kim gəlmir”.



Yorulmaz qeyd edir ki, şəbəkələr vətəndaşları başqa cür də aldadır. “Sosial mediadan qozanın içərisindəki mayenin yüksək qiymətə satıldığını öyrənən şəxs ətrafdakı mağaralarda heç nə tapmadıqdan sonra axtarışlara başlayır. Elə bu vaxt bir nəfər ona əlində hazır qozanın olduğunu və bunu ucuz qiymətə satmaq istədiyini deyir. Fırıldaqçıdan həmin qozanı alan vətəndaş onu yüksək qiymətə almağa hazır olduqlarını deyən şəxsləri tapmır və anlayır ki, fırıldaq qurbanına çevrilib”, - zooloq alim deyir.

Yorulmaz onu da əlavə edir ki, bu fırıldaq sxemi yarasaları və mağaraları təhlükə altında qoyur. “Təbiətdə əhəmiyyətli rolu olan yarasalar böcək populyasiyalarının tarazlığının qorunmasında çox vacib heyvanlardır”, - o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *