Zərif: 65 il əvvəl ABŞ İranda diktatura qurdu
İran XİN-nin rəhbəri Cavad Zərif Amerika tərəfini İranda hakimiyyəti devirmək məqsədilə “hərəkət qrupları” yaratmaqda ittiham edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində yazıb.
Zərifin sözlərinə görə, 65 il əvvəl Birləşmiş Ştatlar İranda diktatura qurdular və Müsəddiqin demokratik hökumətini devirməklə, ölkə əhalisini 25 illik “təhkimçiliyə” məruz qoydular.
“İndi İran üzrə “hərəkət qrupları” təzyiq, dezinformasiya və demaqoqiyanın köməy ilə eyni şeyi etmək istəyir”, - deyə, Zərif yazıb.
O vurğulayıb ki, bu, “daha heç zaman” baş verməyəcək.
Mənbə:> Oxu.Az