“Bəlkə bu hökumətin üzvlərinin pullarını Azərbaycan verib, mən hardan bilim?...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

“Bəlkə bu hökumətin üzvlərinin pullarını Azərbaycan verib, mən hardan bilim?...” KÖÇƏRYAN SİYASƏTƏ QAYIDIR

“Bəlkə bu hökumətin üzvlərinin pullarını Azərbaycan verib, mən hardan bilim?...”



Ermənistanın eks-prezidenti, ötən həftə sonu barəsində çıxarılmış həbs qətimkan tədbiri dəyişdirilən Robert Köçəryan ona yaxın “Yerkir media” kanalına müsahibə verib və siyasətə qayıtdığını elan edib. Virtualaz.org xəbər verir ki, müsahibədə Köçəryan istintaqın ona qarşı irəli sürdüyü ittihamları “saxta” adlandırıb, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb.

Robert Köçəryan bildirib ki, ona qarşı təqiblərin səbəbi həm də siyasətə qayıtmasını əngəlləmək üçündür. “Hesab edin ki, mən siyasətə qayıtdım. Nədir bəyəm, olmaz? Bu ölkədə alternativ mövqe qadağan edilib?”-o bildirib.

Köçəryanın sözlərinə görə, Ermənistanın ətrafında baş verən proseslər və yeni hökumətin bu proseslərə reaksiya verməsi onun siyasətə qayıtmasının zəruriliyini göstərir.

“Mən izah edə bilərəm siyasətə niyə qayıtmışam. Bunun əsasən iki qlobal səbəbi var. Birincisi dünyada yaranmış geosiyasi vəziyyətdir. Rusiya-Amerika münasibətləri ən aşağı nöqtədədir. Yeni sanksiyalar tətbiq olunur, yeni məhdudlaşdırıcı tədbirlər gözlənilir. O tərəfdən də İran-ABŞ münasibətləri”-Köçəryan deyib. Ermənistanın eks-prezidentinin bildirdiyinə görə ikinci səbəb Türkiyənin davranışlarıdır. Belə ki, Köçəryanın fikrincə 10 il qabaq tamam fərqli Türkiyə var idi. O vaxt Ankara Avropa İttifaqına can atırdı, bu da ölkənin aqressivliyini, qonşuların işlərinə qarışmaq səylərini məhdudlaşdırırdı.

“Bu gün isə bu yoxdur, Türkiyə bu öhdəliklərdən çıxıb. Əgər biz bütün bu məsələləri əlaqələndirməyə çalışsaq görərik ki, bu situasiyada Ermənistanda bütün bunları başa düşməyən təcrübəsiz hökumət var. Yeni hökumət ordunu diskreditə edir, başa düşmür ki, güclü ordu təhlükəsizliyin qarantıdır. Axı bu hökumətdə təcrübədə haradan olsun, bir halda ki, onun üzvlərinin çoxu əvvəllər ancaq hansısa ictimai təşkilatlarda işləyiblər. Bu strukturların çoxunu Soros maliyyələşdirib. Bəlkə həmin pullar Azərbaycandan daxil olub, bəlkə Türkiyədən, mən hardan bilim?”-Köçəryan sual edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *