Bakının Hitler kəşfiyyatçıları tərəfindən çəkilmiş fotoları üzə çıxdı – FOTO
Azərbaycandan olan məşhur rus jurnalist və bloqqer Vyaçeslav Sapunov Bakının 1942-ci ildə faşist Almaniyasının “Yunkers” Ju-88 kəşfiyyat təyyarəsinin göyərtəsindən çəkilmiş unikal kadrlarını yayıb. Virtualaz.org xəbər verir ki, fotolar alman bundesarxivindən götürülüb.
V.Sapunov 1news.az-a bildirib ki, həmin fotoları ona Bakının tarixinin tədqiqatşısı, hazırda İsraildə yaşayan Vladimir Koqan təqdim edib. “Fotolardan göründüyü kimi alman kəşfiyyatçıları havadan həm Bakının mərkəzini, həm neft yataqlarını, hərbi aerodromları çəkiblər. O cümlədən 1942-ci ildə indik Heydər Əliyev prospektinin yaxınlığında yerləşən hərbi aerodromu. Həmin aerodroma ABŞ-ın lend-liz proqramı çərçivəsində göndərdiyi yardımları daşıyan təyyarələr enirdi.
Kadrlarda habelə 193 saylı orta məktəbin binası, 1925-ci ildə tikilmiş 66 saylı məktəb görünür. Xüsusən Bakının mərkəzi aydın düşüb. Bir çox fotolarda mühüm obyektlər görünür. “Bunlar möhtəşəm tarixi fotolardır”-Sapunov deyib.
Mənbə:> Virtualaz.org