Bakının məşhur otelində cinayət
Bakının mərkəzində yerləşən otellərdən birində oğurluq olub.
AzNews.info-nun lent.az-a istinad\n verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına müraciət edən Rusiya Federasiyası vətəndaşı Vladimir Keçkov bildirib ki, Mehdi Hüseyn küçəsi 1A ünvanında yerləşən “Fairmoint” otelində xeyli miqdarda pulu oğurlanıb.
Bakıya turist kimi gəldiyini və oktyabrın 11-dən Azərbaycanda olduğunu bildirən şikayətçi əlavə edib ki, otel nömrəsindən stolun üstündən 200 dollar və 20 min rublu götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə:> Lent.az