Türkiyə dollardan imtina edir » AzNews.info -Xəbər portalı

Türkiyə dollardan imtina edir

Türkiyə dollardan imtina edir


Türkiyə əsas ticarət tərəfdaşları - Çin, Rusiya, İran və Ukrayna ilə hesablaşmaları milli valyutada aparmağa hazırlaşır.

Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Cümə günü ABŞ prezidenti Donald Tramp Türkiyədən Amerikaya ixrac olunan alüminyum və polada tətbiq edilən rüsumun 2 dəfə artırılmasına sanksiya verib. Nəticədə Türkiyə lirəsi kəskin surətdə ucuzlaşıb.

ABŞ və Türkiyə arasında münasibətlər həmçinin 2016-cl ildə həbs edilən amerikalı rahib Endrü Bransonun işinə görə də gərginləşib.

Ərdoğan bildirib ki, Avropa ölkələri “dollar buxovundan azad olmaq istəsə”, o zaman Ankara onlarla da analoji hesablaşmalara keçməyə hazırdır.

“Heç kim Türkiyəni iqtisadiyyat sahəsində qarşısına qoyduğu məqsəddən yayındıra, terrorçuluqla mübarizədən geri çəkilməyə məcbur edə bilməz. Bunu açıq bəyan edirəm. Türkiyə Suriya və İran siyasətini dəyişməyəcək”, - Ərdoğan deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *