Vaşinqtondan Türkiyəyə növbəti təhdid: “Rahib azad olunana kimi…” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Vaşinqtondan Türkiyəyə növbəti təhdid: “Rahib azad olunana kimi…”

Vaşinqtondan Türkiyəyə növbəti təhdid: “Rahib azad olunana kimi…”


Vaşinqton Ankaranı növbəti dəfə sanksiyaların tətbiqiylə hədələyib.

AzNews.info Publika.az-a istinadən istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens amerikalı rahip sərbəst buraxılana kimi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, iyulun 26-da ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirib. Donald Tramp və Mayk Pens bir-birinin ardınca bildiriblər ki, amerikalı rahib Andrey Kreyk Brunson tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.

Bundan əvvəl isə Türkiyə məhkəməsi amerikalı rahibi həbsxanadan buraxılması və ev həbsində saxlanılması barədə qərar qərar çıxarıb.

Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə yönəlik təhdidlərinə cavab verib. Afrika turnesindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran prezident Türkiyənin geri addım atmayacağını bildirib.

O, amerikalı rahib Andrey Kreyk Brunsonla bağlı heç bir sövdələşmənin olmadığını deyib.

“Sanksiyalarla Türkiyəni geri addım atmağa məcbur edə bilməzsiniz. ABŞ-ın bu siyasəti dəyişməsə, Türkiyə kimi güclü və səmimi bir ortağını itirəcəyini unutmamalıdır”, – Ərdoğan bildirib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *