Dmitri Savelyev: “Müasir Azərbaycan dünya ölkələrinin çoxuna nümunədir” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Dmitri Savelyev: “Müasir Azərbaycan dünya ölkələrinin çoxuna nümunədir”

Dmitri Savelyev: “Müasir Azərbaycan dünya ölkələrinin çoxuna nümunədir”


Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AzərTAc-a müsahibə verib.

Virtualaz.org bildirir ki, o, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təkcə Azərbaycan üçün deyil, Rusiya üçün də əhəmiyyətli olması, həmçinin müasir Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri barədə danışıb.

D.Savelyev müasir Azərbaycan-Rusiya münasibətlərinin formalaşmasında Azərbaycan Xalq Cümhuriyyətinin oynadığı roldan bəhs edərkən bildirib ki, rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu Bakıda yubiley tədbirlərində iştirak edib: “Çox səmimi qarşılanmağımızı qeyd etməliyəm və buna görə azərbaycanlı dostlara və həmkarlara minnətdarlığımızı bildiririk. Azərbaycan Xalq Cümhuriyyətinə gəlincə... Dünyəvi dövlət, demokratik quruluş, kişi və qadın bərabərliyi, o dövr üçün olduqca müasir seçki sistemi və hüququ – bütün bunlar müsəlman Şərqi tarixində ilk respublikanı səciyyələndirir. Bu ənənələr müasir Azərbaycan Respublikasında da davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycan dünya ölkələrinin çoxuna nümunədir”.

Dövlət Dumasının deputatı rusiyalıların və azərbaycanlıların mənəvi-əxlaqi xüsusiyyətlərində və mədəni ənənələrindəki ortaq cəhətlərdən danışarkən qeyd edib ki, rusiyalılar da, azərbaycanlılar da daim ünsiyyətə açıq, səmimi, qonaqpərvər, istiqanlıdırlar, hər hansı ədalətsizliyə və ayrı-seçkiliyə qarşı həssasdırlar. Onları vətənpərvərlik və dərin milli qürur hissləri yaxınlaşdırır. Rusiya Federasiyası və Azərbaycan xalqlarının mədəni ənənələrində də ortaq cəhətlər çoxdur. Xalqlarımız ənənəvi mədəni dəyərlərə - əxlaq, ailə dəyərlərinə söykənir, Qərbin fəal şəkildə zorla qəbul etdirmək istədiyi yalançı dəyərləri rədd edir. Qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti də Rusiya kimi 100 il əvvəl maarifçi Avropa yolunu – dünyəvi dövlət, demokratik quruluş, kişi və qadınların hüquq bərabərliyi və ənənəvi mənəvi dəyərlərə istiqamət götürüb. Lakin zaman-zaman vəziyyət dəyişib. Müasir Avropa və Qərb, ümumilikdə, bir çox məsələdə nəinki nümunə götürüləsi deyil, hətta bunun əksinədir. Biz rusiyalılara və azərbaycanlılara öz mədəni norma və dəyərlərimizə söykənmək, bir-birimizdən öyrənmək, ölkələrimizin inkişafında öz yolumuzu tutmağımız mühümdür”.

D.Savelyev Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi barədə fikirlərini də bölüşüb: “Bizim çox hörmətli liderlərimiz Vladimir Vladimiroviç Putinin və İlham Heydər oğlu Əliyevin görüşləri, cəmiyyətlərimiz arasında bütün səviyyələrdə çoxsaylı qarşılıqlı əlaqələr xalqlarımız arasında dostluğu təbii yolla möhkəmləndirir. Azərbaycan Respublikasının səfirliyi Moskvada, Dövlət Dumasının yaxınlığında yerləşir. Səfirliyin yanındakı bağçada Müslüm Maqomayevin abidəsi ucalır. Bu abidə Rusiya və Azərbaycan mədəniyyətlərinin vəhdətinin rəmzidir. Bu, hər iki xalq üçün tanınmış simadır. Ənənələr isə davam edir - Rusiyada, futbol üzrə dünya çempionatının bağlanışına həsr edilmiş konsertdə Böyük Teatrda opera müğənnisi, Azərbaycanın xalq artisti, Rusiya opera səhnəsinin ulduzu, lakin əslən Azərbaycandan olan Yusif Eyvazov çıxış edib. Bu, onu göstərir ki, Rusiya və Azərbaycanın strateji əməkdaşlığı çox şey vəd edən gələcəyə malikdir.

Əminəm ki, biz Rusiya Federasiyası və Azərbaycan Respublikası xalqları arasında bütün sahələrdə münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Çünki bu, dövlətlərimizin inkişafına yeni təkan verəcək”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *