Elmar Məmmədyarov: "Yerevan Əliyevlə Paşinyanın görüşü üçün vaxt istədi" » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Elmar Məmmədyarov: "Yerevan Əliyevlə Paşinyanın görüşü üçün vaxt istədi"

Elmar Məmmədyarov: "Yerevan Əliyevlə Paşinyanın görüşü üçün vaxt istədi"

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrda görüşə bilər.

Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılır: "Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsinlər. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun. Təklif vardı ki, BMT Baş Assambleyasının iclası çərçivəsində, ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun".

O ki qaldı yüksək səviyyəli görüşə, E.Məmmədyarov bildirib ki, Ermənistan tərəfi bunun üçün vaxt istəyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *