Nazir: Prezidentlərin növbəti görüşünün təşkilində ləngimə var » AzNews.info -Xəbər portalı

Nazir: Prezidentlərin növbəti görüşünün təşkilində ləngimə var

Nazir: Prezidentlərin növbəti görüşünün təşkilində ləngimə var


Təəssüf ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilində ləngimə var.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Sankt- Peterburq görüşündən sonra Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olacağına ümid edirdi.

“Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, ümidlərimiz hələki doğrulmayıb. Çünki Ermənistan tərəfi irəliləyişə hazır deyil. Onlar özləri də etiraf edirlər ki, status kvonu dəyişməyə hazır deyillər.

Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib. İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir”, - E.Məmmədyarov deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *