Azərbaycandan tutulub aparılan İsa Özdemir hər şeyi etiraf etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycandan tutulub aparılan İsa Özdemir hər şeyi etiraf etdi

Azərbaycandan tutulub aparılan İsa Özdemir hər şeyi etiraf etdi

MİT (Milli İstihbarat Təşkilatı) əməliyyatı zamanı tutularaq Azərbaycandan Türkiyəyə gətirilən, FETÖ-nun Azərbaycandakı kassası hesab edilən İsa Özdemir təşkilatın üzvü olmadığını , əksinə FETÖ-ya nifərt etdiyini bildirib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, O, Ankaranın prokuroru Birol Tufana verdiyi ifadəsində FETÖ ilə əlaqəsi olan şəxslərin adlarını çəkib.

“Bakı kiçik yer olduğu üçün hamı bir-birini tanıyır. Xüsusilə də, türklər bir-birini tanıyırlar. FETÖ terror təşkilatının içində olan şəxslərdən biri A.S. adlı şəxsdir. Bütün təşkilatı məsələləri o yönləndirir. Ticarətlə məşğuldur. E.T. adlı şəxsi isə o qədər də yaxşı tanımıram. O da ticarətlə məşğul olur. Daha əvvəl Azərbaycanın Quba şəhərində FETÖ-ya aid kollecdə çalışıb. F.Y. adlı şəxs isə təşkilatın içərisində yer alan biridir. Qərarların verilməsində onun da rolu olub. Ticarətlə məşğuldur. M.Ç. adlı şəxs də təşkilatın tərəfdarlarından biridir. S.K. adlı şəxs FETÖ içərisində yer alan, təşkilata yardım və dəstək göstərən iş adamıdır. O, təqaüd və digər formalarda yardım edir. F.S.B. də təşkilatın içində yer alan və yardım edən şəxslərdəndir. Pərdə biznesi ilə məşğuldur”, - deyə İ. Özdemir bildirib.

O, həmçinin ifadəsində ondan soruşulan 2017-ci ilin 3 iyul- 22 iyun tarixləri arasında 8 ədəd ABŞ dolları göndərməsini ticarət məqsədilə etdiyini deyib. Amerikadakı “Y” firmasından isitmə, havalandırma sistemləri ilə bağlı əşyalar alınıb: “Bu pulları mən göndərdim və qarşılığında da lazım olan əşyalar gəldi. Bunun qəti şəkildə təşkilatla əlaqəsi yoxdur. FETÖ üzvü və tərəfdarı deyiləm. Əksinə, təşkilata nifrət edirəm”, - deyə İ. Özdemir qeyd edib.

Lakin məhkəmə orqanları tərəfindən İ.Özdemirin etriafçı kimi qəbul edilib-edilməyəcəyi məlum deyil. Azərbaycandan gətiriləndən sonra ona “silahlı terror təşkilatı üzvü olma” ittihamı irəli sürülüb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *