Maksim Şevçenko: “Mən Azərbaycan hərbçilərinə baş çəkdim, onlar müharibəyə hazırdır...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

Maksim Şevçenko: “Mən Azərbaycan hərbçilərinə baş çəkdim, onlar müharibəyə hazırdır...”

Maksim Şevçenko: “Mən Azərbaycan hərbçilərinə baş çəkdim, onlar müharibəyə hazırdır...”

Tanınmış rusiyalı publisist və teleaparıcı Maksim Şevçenko bu günlərdə Azərbaycanda, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilmiş konfransda iştirakından və ermənilərin buna reaksiyasından danışıb. Virtualaz.org xəbər verir ki, Şevçenko “Moskva-Bakı” portalına müsahibəsində erməni tərəfinin onun “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” mövzusunda keçirilmiş həmin konfransda iştirakına və çıxışlarına ağrılı reaksiya verdiyini deyib.

“Erməni tərəfi mənim bu səfərimi ağrılı qarşıladı, bunu gizlətmirəm. Azərbaycanlılar isə entuziazmla. Lakin mən belə qənaətə sadəcə olaraq medianı izləməklə gəlmişəm. Sosial şəbəkələrdəki izləyicilərim, tamaşaçılar arasında isə belə statistika aparmıram, insanları milliyətinə görə bölmürəm”-Maksim Şevçenko bildirib.

“Bir çox erməni müəllifləri məni söyür. Deyirlər ki, mən Bakının pullarına satılmışam. Mən isə heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər ora getməzdim. Mən ora ona görə yollandım ki, müharibənin bu məsələlərin həlli üçün pis həll olduğunu, hər iki xalq üçün pis olduğunu deyəm. Əminəm ki, millətçilik mifi ilə gözləri kor olmamış bütün ağlı başında ermənilər məni dəstəkləyər”-jurnalist əlaqə edib.

Maksim Şevçenko: “Mən Azərbaycan hərbçilərinə baş çəkdim, onlar müharibəyə hazırdır...”


Şevçenko bildirib ki, indiki erməni liderləri öz ölkələrini dibsiz uçuruma aparırlar, ona görə ki, ədalətsizlik şəraitində uzun müddət yaşamaq mümkün deyil. “Onlar inanırlar ki, Rusiyadakı bəzi qüvvələrə arxalanaraq bu ədalətsizliyi daim qoruyub saxlaya bilərlər. Bu isə kökündən yanlışdır. İlk addım işğal edilmiş ərazilərin azad edilməsi olmalıdır”-rusiyalı publisist bildirib.

Şevçenko deyib ki, Cocuq Mərcanlıya səfəri zamanı o 20 il ermənilərin nəzarətində olan azərbaycanlı qəbiristanlığını görüb. Hansı ki, orada qəbirlər dağıdılmışdı, məhv edilmişdi. “Mən orada azərbaycanlı hərbçilərin mövqelərinə də baş çəkdim. Bu adamlar hesab edirlər ki, onların Vətəni işğal edilib və müharibəyə hazırdırlar”-Şevçenko qeyd edib.

Jurnalist Cocuq Mərcanlıda yeni evlərin tikildiyini, insanların sahələrdə işlədiyini gördüyünü də deyib. Bildirib ki, kənddə yaşamaq üçün bütün şərait yaradılıb.

“İnsanlar öz torpaqlarında yaşamaq, işləmək, xoşbəxt olmaq istəyir. Heç kim müharibə istəmir Ən yaxşı variant müharibəsiz hər kəsin öz yurduna qayıtması ola bilərdi. Yaxşı olardı ki, 92-93-cü illərdə evlərindən zorla qovulmuş insanlar öz yerlərinə qayıtsınlar. Bütün millətçilər isə öz cırıq ağızlarını yumsunlar. Onlardan, bu millətçilərdən ancaq bədlik gələ bilər”-Maksim Şevçenko bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *