Rusiya ordusu Ermənistan kəndində atəş açır, ermənilər qorxusundan huşunu itirir: PUTİNİN DAHA BİR MESAJI » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi, Sosial, Video

Rusiya ordusu Ermənistan kəndində atəş açır, ermənilər qorxusundan huşunu itirir: PUTİNİN DAHA BİR MESAJI – VİDEO

Rusiya ordusu Ermənistan kəndində atəş açır, ermənilər qorxusundan huşunu itirir: PUTİNİN DAHA BİR MESAJI

Ötən gün iyulun 17-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının bir qrup hərbi qulluqçusu Şirak vilayətinin Panik kəndinə daxil olaraq sağa-sola atəş açıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bir neçə hərbi avtomobildən ibarət kalonla hərəkət edən hərbçilər heç bir xəbərdarlıq etmədən və avtomatlardan intensiv atəş açaraq kəndə daxil olub. Nəticədə kənd sakinləri müharibə başladığını düşünərək panikaya düşüblər, yaxın kəndlərin sakinləri də güllə səslərindən qorxuya düşüb. Panik kəndində uşaqların qorxudan ürəyi gedib.

“Otuza qədər əsgər kəndin yolunu kəsdi, öz kalonlarını saxladı, habelə səslər, atəşlər! Yaxşı ki, patronlar döyüş patronları deyildi. Bu səslərdən sonra bütün əhali evlərindən çıxıb qaçdı, hətta uşaqlardan ürəyi gedənlər oldu”-kənd icmasının rəhbəri Vardan Makeyan “Aravot” qəzetinə bildirib.

Makeyan deyib ki, kəndin ərazisindən heç vaxt hərbi poliqon kimi istifadə olunmamışdı və Rusiya hərbçilərinin heç bir xəbərdarlıq etmədən təlim adı altında kəndə basqın etməsi təhqirdir. “Yaxşı, başa düşdük hərbi baza var, sağ olun, qoruyursunuz, amma bu o demək deyil ki, gəlib kəndin içində döyüş əməliyyatı qurasınız!”-icma rəhbəri hiddətini ifadə edib. Makeyan bildirib ki, baş verənlər haqda polisə və Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çatdırıb.

Baş verənlərin bir hissəsini kənd sakinləri telefonla çəkə biliblər. Sosial şəbəkələrdə yerləşdirilmiş videolardan birində rus əsgərlərinin hərbi kalonunun atəş açaraq kəndə necə daxil olduğu görünür. İkinci videoda isə kənd sakinləri hərbçilərin komandirini saxlayıb və ondan nə üçün kəndə girərək atəş açdıqları haqda soruşurlar. Kəndlilər komandirdən tələb edirlər ki, bu hərəkətlərinə izahat versinlər. Onlardan bəziləri hərbi baza komandanlığının rəsmən üzr istəməli olduğunu bildirir, digərləri baş verənləri təxribat adlandırır. Komandir isə kəndlilərin tələblərinə baxmayaraq özünü təqdim etmir, ancaq onları sakitləşdirməyə çalışaraq baş verənlərin təlim olduğunu, hərbçilərin boş patronlardan istifadə etdiyini deyir.

İnsidentlə bağlı bu gün Şirak vilayətinin qubernatoru Karen Saruxanyan 102-ci bazanın kadr heyəti üzrə komandir müavini Aleksey Polyuxovçlə görüşüb. Polyuxoviç baş verənlərə görə üzr istəyib və gələcəkdə belə halların baş verməyəcəyinə dair söz verib. Bildirib ki, baş verənlərə görə xidməti təhqiqat aparılacaq, günahkarlar cəzalandırılacaq.

Maraqlıdır ki, bu insident Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə NATO sammitində iştirakından sonraya təsadüf edib. Hansı ki, Moskva Paşinyanın NATO sammitinə qatılmasını istəmirdi və bundan qəzəbli idi. O cümlədən Rusiya Ermənistanın son illər NATO ilə tərəfdaşlığı genişləndirməsinə görə bərk narazıdır.

Bundan əvvəl Nikol Paşinyanın Moskvada Ermənistanın suverenliyinə hörmət barədə danışmasından sonra “Rospotrebnazor” bu ölkədən meymunların (yaxud obezyanların) idxalına qadağa tətbiq etmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *