“Danışıqlara qayıdırıq” – İrəvan Qarabağ variantını açıqladı » AzNews.info -Xəbər portalı

“Danışıqlara qayıdırıq” – İrəvan Qarabağ variantını açıqladı

“Danışıqlara qayıdırıq” – İrəvan Qarabağ variantını açıqladı


Rəsmi İrəvan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün "Madrid prinsipləri" hələ də öz gücünü qoruyur.

AzNews.info teleqraf.com-a istinadən bildirir ki, bunu Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan deyib.

Erməni diplomat Ermənistan- Azərbaycan münaqişəsi üzrə gedən proseslərin inkişaf mərhələsində olduğunu iddia edib:

"Müzakirələrdə təkamül prosesi gedir. Biz indi danışıqlara yenidən qatılmaq mərhələsindəyik. Buna görə də danışıqlar prosesinə başçılıq edən həmsədrlərlə təmaslarımızı sıxlaşdırmışıq. Dinamikanı qorumaq lazımdır. Təmkinli olmalıyıq, hesab edirəm ki, indiki şəraitdə təmkinli olmaq ən uyğun seçimdir. Biz qəti şəkildə bildiririk ki, problemin dinc yolla həllini istəyirik və bu, ancaq Minsk qrupu formatı daxilində mümkündür".

Mənbə: Teleqraf.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *