Aleksandr Dugin: “Bizə qarşı kəskin hücumlar başlayıb” » AzNews.info -Xəbər portalı

Aleksandr Dugin: “Bizə qarşı kəskin hücumlar başlayıb”

Aleksandr Dugin: “Bizə qarşı kəskin hücumlar başlayıb”

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin və Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hücumlara məruz qalmış deputat Dmitri Savelyevin müdafiəsinə qalxıblar.

Virtualaz.org-un daha öncə yazdığı kimi, Azərbaycanın Cocuq Mərcanlı kəndinə səfəri və işğal olunmuş Dağlıq Qarabağın dərhal Azərbaycana qaytarılması çağırışı üzündən Dmitri Savelyev ermənilər tərəfindən hücumlara məruz qalıb.

Belə ki, “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında ekspert Semyon Baqdasarov Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskiyə müraciət edərək, Dmitri Savelyevi məhv etməyə şağırıb. Qeyd edək ki. Savelyev RLDP fraksiyasının üzvüdür.

Aleksandr Dugin: “Bizə qarşı kəskin hücumlar başlayıb”
Semyon Baqdasarov


“Axı necə olur ki, sizin deputatınız münaqişə zonasına gedir, bu sözləri deyir..., - Baqdasarov verilişdə iştirak edən RLDP lideri Jirinovskiyə müraciətlə deyir. – Məhv edin onu, qovun! O, Rusiya Federasiyasının düşmənidir, satqındır”, - Baqdasarov qəribə bəyanatlar verib.

Jirinovski isə “Bəli, bəli” deyərək, onunla razılaşıb.

"Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini icra etməyə məcburdur. Ona nə Baqdasarov, nə də Solovyovdan birbaşa öhdəliklər verilir". Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof Aleksandr Dugin deyib.

Aleksandr Dugin: “Bizə qarşı kəskin hücumlar başlayıb”
Cocuq Mərcanlıda konfrans


Aleksandr Duqinin sözlərinə görə, hazırda Moskva ilə Bakı arasında çox aktiv yaxınlaşma müşahidə edilir: "Azərbaycan mütəmadi olaraq Rusiyanın daha vacib, daha təsirli və daha etibarlı müttəfiqinə çevrilir. Bu isə Ermənistanın maraqlarına zərər vurmur. Onlar deyirlər ki, Rusiya Ermənistanın müttəfiqidir və buna görə də Azərbaycana qarşı olmalıdır. Rusiyanın Ermənistanı tam müdafiə etməsi və Azərbaycana qarşı mübarizədə kömək etməsi tamamilə yanlışdır. Rusiya Ermənistanın müttəfiqidir, amma əslində Rusiya indiki halda özünün baş strateji müttəfiqi kimi Azərbaycanı görür. Məhz Azərbaycandakı konfrans da buna həsr edilmişdi.

Bu tezis elan edilən kimi Rusiyadakı erməni lobbisi mərkəzi televiziyaları, əsas verilişləri istifadə edərək dişini göstərdi. Mən Bakıdakı görüşün təşkilatçılarından biriyəm. Bu konfransda antierməni əhval-ruhiyyəli heç nə səsləndirilməyib. Burada Rusiya və Azərbaycan arasında yaxınlıq, tərəfdaşlıq, strateji inkişaf məsələlərindən, Dağlıq Qarabağ konfliktinin əvvəlki erməni rəhbərliyinin Azərbaycana 5 rayon verməsiylə bağlı razılaşmaları çərçivəsində həllindən bəhs edilib.

Biz görürük ki, Solovyovun bir sıra ekspertləri də dəvət etdiyi proqramında tamamilə qəbuledilməz, Azərbaycanı dostluq missiyası ilə ziyarət edən rusiyalı deputatlar və ekspertlərini şeytanlaşdıran fikirlər səsləndirilib”.

Aleksandr Dugin: “Bizə qarşı kəskin hücumlar başlayıb”
Aleksandr Dugin


Onun sözlərinə görə, Ermənistan son zamanlar NATO ilə yaxınlaşmaq xəttini tutub: “İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımını şeytanlaşdırır. Mənim fikrimcə, bu, tamamilə yolverilməzdir. Əgər Ermənistanın nə isə xoşuna gəlmirsə, o, korrektə edilmiş formullar tapa bilərdi.

Əgər indiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, o özündən əvvəlkilərin xəttini davam etdirməlidir – 5 rayonu geri verməlidir. Bundan əvvəlki razılaşmalar ayrıca şəxslərlə deyil, dövlətlərlə imzalanıb. Çox dövlətlərdə rejimlər dəyişir, amma onlar əvvəlki rejimlərin borclarını icra edirlər.

Belə çıxır ki, Ermənistan bizim üçün Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”.

“Qeyd etmək vacibdir ki, Baqdasarov kimi insanarın reaksiyası – sırf etnik reaksiyadır və başa düşüləndir, - bunu Markov deyib. – Bu vəziyyətdə biz bunları nəzərə almalı və buna diqqət yetirməməliyik. Baqdasarovun öz həqiqəti var və buna haqqı var. Rusiyanın rəsmi mövqeyi isə tamamilə fərqlidir. Vacibdir ki, Rusiyanın siyasəti bu cür sırf etnik mövqelərin təsiri altında olmasın. Bu gün Rusiya ədalət və balans mıntiqi ilə hərəkət etməyə çalışır. Solovyovun siyasi mövqeyi bu mənada Baqdasarovun etnik mövqeyi ilə tam üst-üstə düşür.

O ki qaldı “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransına, orada xeyli ağıllı fikirlər səslənib. Ən başlıcası isə odur ki, münaqişə tez bir zamanda həll olunmalı və Kazan formulu əsas götürülməlidir.

Aleksandr Dugin: “Bizə qarşı kəskin hücumlar başlayıb”
Sergey Markov


Rusiya prezidenti Vladimir Putin gözəl anlayır ki, bu münaqişə həllini tapmalıdır. Buna görə də, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və bu münasibətlər bu gün daha çox müttəfiq münasibətləri xarakteri daşıyır. Bu belədir.

Konfransın bu yaxınlarda işğaldan azad edilmiş Azərbaycan kəndində keçirilməsi çox maraqlı qərardır. Azərbaycanın burada, münaqişə zonasında öz tədbirini keçirməsi heç kimi narahat etməməlidir. Cocuq Mərcanlı, hələ də işğal altında qalan digər ərazilər kimi, hüquqi cəhətdən qeydə alınmış Azərbaycan əraziləridir. Dünyanın bütün ölkələri, BMT və digər beynəlxalq təşkilatlar bunu tanıyırlar”, - Markov bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *