Bakıda işıq niyə yox idi? RƏSMİ MƏNBƏLƏRDƏN
Mingəçevir DRES-in bloklarında dünənki qəzadan sonra bütün ölkə üzrə elektrik enerjisinin verilməsi ən qısa zamanda bərpa olunmuşdu. Təmir işlərinə “Azərenerji”nin əməkdaşları və energetika sahəsində ən bacarıqlı mütəxəssislər cəlb edilmişdi.
Hazırda mütəxəssislər təmir-bərpa işlərini yekunlaşdırırlar. Mütəxəssislərin rəylərinə görə, bərpa işləri prosesində elektrik enerjisinin verilişi ilə bağlı yeni fasilələr yarana bilər. Lakin hökumət mənbələri bildirirlər ki, yaxın zamanda DRES-in funksional işi tam bərpa ediləcək.
Mingəçevir DRES-də baş vermiş qəzanın səbəblərinin araşdırılması üzrə Dövlət Komissiyası daimi rejimdə işləyir. Baş Prokurorluq qəza faktı ilə bağlı cinayət işinə başlayıb. İstintaq aparılır.
Azərbaycan əhalisini təşvişə düşməməyə, təxribatlara və şayiələrə uymamağa çağırırıq!
Mənbə:> Virtualaz.org