Sanksiyalara görə daha bir oliqarxın şəxsi təyyarəsi əldən çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hadisə

Sanksiyalara görə daha bir oliqarxın şəxsi təyyarəsi əldən çıxdı

Sanksiyalara görə daha bir oliqarxın şəxsi təyyarəsi əldən çıxdı

Rusiyalı milyarder, prezident Vladimir Putinin yaxın ətrafına daxil olan Gennadi Timçenko özünün “Gulfstream G650” şəxsi təyyarəsini satıb. “Reuters” broker məlumatlarına və aviasiya registrinə istinadən bu haqda xəbər verir. Məlumata görə oliqarx təyyarəni ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara görə satmalı olub. Çünki ABŞ istehsalı olan təyyarəyə sanksiyalar üzündən texniki xidmət göstərilməsi mümkün deyil.

Biznesmen “Gulfstream G650” təyyarəsini 2013-cü ildə almışdı, amma cəmi bir il sonra ABŞ onun adını Krımın ilhaqına görə sanksiya tətbiq edilən rusiyalıların siyahısına saldı. Timçenko sanksiyaların təsiri barədə TASS-a bunları demişdi: “Mənim “Gulftstream” təyyarəmi daha istismar etmək mümkün deyil. Çünki Amerikanın “Gulfstream Aerospace Corporation” şirkəti təyyarəyə xidmət göstərilməsinə dai müqaviləni ləğv edib. Şirkət onu ehtiyat hissələri ilə təmin etmir, pilotlar naviqasiyadan, xəritələrdən istifadə edə bilmir”.

Sanksiyalara görə daha bir oliqarxın şəxsi təyyarəsi əldən çıxdı


O vaxtdan bəri Timçenko təyyarəni iki dəfə müxtəlif ölkələrin aviasiya registrinə daxil edib, təyyarənin quyruq nömrəsi və mənsub olduğu offşor şirkət dəyişdirilib. Bu offşorların son sahibləri açıqlanmayıb. Nəhayət 2018-ci ilin iyun ayında Lüksemburqun aviasiya registrində təyyarənin yeni sahibinin adı görünüb. Bu, Kiprdə qeydiyyatdan keçmiş “Amerivo Holdings Limited” şirkətidir. Şirkətin səhmlərinin 100 faizi Rusiyanın Birbaşa İnvestisiyalar Fondudur.

Fond məlumatı şərh etməyib. Timçenkonun nümayəndəsi isə deyib ki, biznesmenin “artıq bir neçə ildir” həmin təyyarəyə aidiyyatı yoxdur.

Sanksiyalara görə daha bir oliqarxın şəxsi təyyarəsi əldən çıxdı


Bundan əvvəl daha bir rusiyalı oliqarx Oleq Deripaska ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə lizinqə götürdüyü üç “Gulfstream” təyyarəsini geri qaytarmalı olmuşdu. Nəticədə Deripaskanın hava donanmasının iki gəmisi hazırda satışa çıxarılıb, onların hər birinin qiyməti 30 milyon dollardır. Təyyarələrin kreditorları “Credit Suisse” və “Raiffeisen” banklarıdır. Təyyarələrdən Deripaska özü və onun şirkətlərinin yüksək rütbəli menecerləri istifadə edib. Deripaskanın “Rusal” şirkəti təyyarələrin geri qaytarılmasını şərh etməyib.

Mənbə: Reuters
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *