Oliqarxların şəxsi təyyarələrinə təhdid yarandı » AzNews.info -Xəbər portalı

Oliqarxların şəxsi təyyarələrinə təhdid yarandı ONLARA "SALAM VERƏN" DƏ YANACAQ

Oliqarxların şəxsi təyyarələrinə təhdid yarandı

ABŞ hökumətinin ötən həftə tətbiq etdiyi sanksiyalardan sonra rusiyalı oliqarxların şəxsi təyyarələrinə təhdid yaranıb. Virtualaz.org RBC agentiyinə istinadən bildirir ki, sanksiyaların təsiri altına düşən oliqarxların əksəriyyəti ABŞ istehsalı olan “Gulfstream” və “Boeing” təyyarələri ilə uçur. İndi isə həmin təyyarələri istehsal edən şirkətlər onlara texniki xidmət göstərməkdən imtina etməli olacaqlar. Çünki bunu ABŞ-ın sanksiyalar haqda qanunu tələb edir.

“Sanksiyalar özünü ən gözlənilməz şəkildə göstərir. Tutaq ki, Amerikanın “Gulftream” şirkəti müqavilə öhdəliklərini yerinə yetirməyi dayandıraraq mənim onlardan xeyli pul verib aldığım təyyarənin uçuşlarını dayandıracaq”-bunu hələ 2014-cü ildə ABŞ-ın sanksiyalar siyahısına birinci düşənlərdən oliqarx Gennadi Timçenko etiraf etmişdi.

Oliqarxların şəxsi təyyarələrinə təhdid yarandı


İndi isə sanksiyaların təsirinə məruz qalanların siyahısı genişlənib. Məsələn, bu siyahıda yer alan dağıstanlı milyarder Süleyman Kərimov iki “Boeing 737-7BJ” və “Boeing-737-8LX” təyyarələrinə malikdir. Son sanksiyalardan sonra müflisləşmə həddinə gəlib çatan Oleq Deripaskanın isə “Gulfstream 550” biznes-jeti var. “Surqutnefteqaz” şirkətinin rəhbəri Vladimir Boqdanov isə “Gulfstream IV-SP” təyyarəsində uçur. Deməli “Boeing” və “Gulftream” şirkətləri bu təyyarələrə texniki xidməti dayandırmalıdır. Bunsuz isə təyyarələrin uçması mümkün olmayacaq.

Oliqarxlardan Viktor Vekselberq və Andrey Skoç Avropa istehsalı olan “Airbus” təyyarələrinə malikdir. Lakin onların da təyyarələrinə texniki xidmətin dayandırılması riski var. Çünki ABŞ-ın sanksiyalar haqda qanunu (CAATSA) həmin təyyarələrə texniki xidmət göstərən Avropa şirkətlərini də təhdid altında qoyur.

Oliqarxların şəxsi təyyarələrinə təhdid yarandı


Bu qanuna əsasən istənilən ölkədən biznes strukturları və fiziki şəxslərin Rusiyada sanksiya tətbiq edilən fiziki və hüquqi şəxslərlə sonrakı əməkdaşlığı onların özünü də sanksiyaya məruz qoya bilər. Həmin fiziki və hüquqi şəxslərin Amerika yuridiksiyası altında olan aktivləri bloklana, Birləşmiş Ştatlar banklarındakı müxbir hesabları (banklar üçün) bağlana bilər.

Oliqarxların şəxsi təyyarələrinə təhdid yarandı


Artıq baş ofisi Kiprdə yerləşən “BCS Global Markets” şirkəti və «Aton” şirkəti “Rusal” və Deripaskanın “EN+Group” şirkətlər qrupu ilə əməkdaşlığı dayandırdığını bəyan edib. İsveçrənin “Glencore” treyder şirkətinin rəhbəri Ayvan Glazenberg isə “Rusal”ın direktorlar şurasını tərk edib. “Glencore” “Rusal”ın səhmlərinin bir hissəsinin sahibidir. Sanksiyalardan sonra Glazenberg özünün “Rusal”dakı səhmlərini “EN+Group”un səhmlərinə dəyişdirməkdən imtina edib.

Oliqarxların şəxsi təyyarələrinə təhdid yarandı


Son sanksiyaların dağıdıcı təsiri bununla yekunlaşmır. Nəinki xarici banklar, eləcə də Rusiya bankları sanksiyalar siyahısına daxil edilənləri maliyyələşdirməkdən imtina edə bilər. Çünki bu fiziki və hüquqi şəxsləri maliyyələşdirən Rusiya bankları da ABŞ-ın sanksiyalar haqda qanununun təsiri altına düşəcək. Artıq Rusiyanın ticarət və sənaye naziri Denis Manturov ölkə banklarının sanksiya siyahısında yer alanlarla əməkdaşlığı dayandıra biləcəyini etiraf edib.

Analitiklər bu sanksiyaları ABŞ-ın İrana qarşı 2014-cü ildə tətbiq etdiyi və Tehranı Qərblə nüvə razılaşması imzalamağa məcbur edən sanksiyalarla müqayisə edir. Hətta İrandan fərqli olaraq Rusiya iqtisadiyyatının dünya iqtisadiyyatına daha çox inteqrasiya etdiyi nəzərə alınarsa bu sanksiyalar daha sərt, daha dağıdıcı olacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *