Putinin yeni Qafqaz canişini-çox sirli general! » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Putinin yeni Qafqaz canişini-çox sirli general!

Putinin yeni Qafqaz canişini-çox sirli general!

Rusiya prezidenti Vladimir Putin ötən gün özünün Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsini təyin edib. Virtualaz.org xəbər verir ki, bu general-mayor Aleksandr Matovnikovdur.

Lakin general Matonikovun barəsində məlumatlar tam məxfidir və onun fəaliyyəti “tamamilə məxfi” qrifi ilə örtülüb. Bununla belə “Kommersant”a məlum olub ki, general səlahiyyətli nümayəndə təyin olunana qədər Rusiya silahlı qüvvələrinin Baş qərargahının xüsusi əməliyyatlar qüvvələrinə komandanlıq edib. Bu struktur Federasiya Şurasından icazə almadan xaricdə məxfi hərbi əməliyyatlar keçirmək hüququna malikdir.

2017-ci ilin dekabrında Matovnikov Rusiya Qəhrəmanı adına layiq görülüb. Putin onu Suriyadakı əməliyyatlara görə təltif edib. Kremldə keçirilən təltifetmə mərasimində Matovnikov publika qarşısında ilk dəfə görünürdü.

Putinin yeni Qafqaz canişini-çox sirli general!


O da məlumdur ki, general hər iki çeçen hərbi kampaniyasından keçib və bir çox antiterror əməiyyatlarının iştirakçısıdır. Habelə general Matovnikov prezident Vladimir Putinə çox yaxın fiqurdur. Bunu RBK-ya FTX-nin “Alfa” idarəsinin veteranları deyiblər.

“O Vladimir Putini müntəzəm olaraq Vnukovo aeroportunda qarşılayıb, prezidentin şəxsi etimadından istifadə edib”-agentliyin mənbələrindən biri bildirib.

“Alfa” veteranları Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Aleksey Filatov isə deyib ki, general Matovnikov bütün Qafqaz respublikalarının rəhbərlərini şəxsən tanıyır. O, Çeçenistan rəhbəri Ramzan Kadırovla dostdur və müntəzəm olaraq bir-birlərinin evlərinə qonaq gedirlər. “O, prezidentin regionda maraqlarını təmsil etmək üçün ideal fiqurdur”-Filatov deyib.

General Matovnikov həmin vəzifədə digər hərbçini- vitse-admiral Oleq Belaventsevi əvəz edib. Belaventsev 2016-cı ildən prezidentin regionda səlahiyyətli nümayəndəsi idi və döyüş generalı Sergey Melikovun yerinə təyin edilmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *