Paşinyan Təhlükəsizlik Şurasını topladı
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının ilk iclası keçirilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanda Paşinyan hökumətinin fəaliyyətə başlamasından sonra bu, Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk toplantısıdır. 9 apreldən sonra Şuranın funksiyaları daha da konkretləşib və konstitusiyanın 155-ci maddəsinə uyğun olaraq, təhlükəsizlik sahəsində siyasətin əsas istiqamətlərini Şura müəyyənləşdirir.
Bugünkü iclasda Ermənistan silahlı qüvvələrinin inkişaf planı, silahlanma və hərbi texnikanın təkmilləşdirilməsi üzrə dövlət proqramı, orduda hərbi qulluğun effektivliyinin artırılması kimi məsələlər müzakirə olunub.
Son illər Ermənistan ordusundakı korrupsiya və oğurluq halları, həmçinin hərbi-texniki çatışmazlıqlara diqqət çəkən müdafiə naziri David Tonoyan Təhlükəsizlik Şurasının iclasında ölkənin müdafiəsinin təşkili üçün daha effektiv forma və metodlardan istifadəni təklif edib.
Mənbə:> Virtualaz.org