Sakinlər Azərbaycan əsilli milyarderin 300 milyon dollarlıq layihəsinə qarşı » AzNews.info -Xəbər portalı

Sakinlər Azərbaycan əsilli milyarderin 300 milyon dollarlıq layihəsinə qarşı

Sakinlər Azərbaycan əsilli milyarderin 300 milyon dollarlıq layihəsinə qarşı

Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri Azərbaycan əsilli milyarderlər Qod Nisanova, Zarah İliyevə onların ortaqları İlham Rəhimovun kürəkəninə məxsus “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan “Optima” şirkətinin nəhəng layihəsinə etiraz edir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, sakinlər Peterburqun Slava prospektində şirkətə ayrılmış 3.6 hektarlıq ərazidə nəhəng okeanariumun və ticarət mərkəzinin tikilməsini istəmir. Və məsələ şəhər referendumuna çıxarıla bilər.

Sakinlər Azərbaycan əsilli milyarderin 300 milyon dollarlıq layihəsinə qarşı


Sakinlər istəyir ki, həmin ərazi yenidən Beynəlmiləlçilər parkının ərazisinə qaytarılsın. “Optima” şirkəti əvvəlcə həmin ərazidə təkcə 25 min kvadratmetrlik okeanarium tikəcəyini bildirmişdi. Amma sonradan 250 min kvadratmetr sahəsi olan nəhəng kommersiya layihəsi açıqlandı. Bu sahənin çox hissəsini ticarət mərkəzi tutacaq. Şirkət layihəyə 300 milyon dollara yaxın investisiya yatırmağa hazırlaşır.

Neçə vaxtdır ki, şəhər sakinləri yerli hakimiyyət orqanlarının bu layihəyə dair qərarlarını dəyişdirməyə çalışırlar. Amma şəhər Duması və qubernatora, habelə prezident Vladimir Putinə edilən çoxsaylı müraciətlər cavabsız qalıb. Şəhər meriyası layihəyə icazə versə də Peterburqun qanunverici məclisi hələ onu təsdiqləməlidir.

Qod Nisanov ötən il “Forbes”ə müsahibəsində bu layihə haqda danışmışdı və bildirmişdi ki, mərkəzdə 10 min kvadratmetrlik okeanariumla yanaşı ekstremal idman zonası, ticarət zalları, kinoteatr, restoranlar olacaq. Kompleksə ildə 1 milyondan çox adamın baş çəkəcəyi nəzərdə tutulur.

Qod Nisanov və ortaqları artıq Moskvada Ümumittifaq Sərgi Mərkəzinin ərazisində okeanarium tikib istifadəyə veriblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *