“Azərbaycan və Rusiya ABŞ-ı regiondan sıxışdırıb çıxarıblar” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

“Azərbaycan və Rusiya ABŞ-ı regiondan sıxışdırıb çıxarıblar”

“Azərbaycan və Rusiya ABŞ-ı regiondan sıxışdırıb çıxarıblar”

ABŞ və Şimali Atlantika alyansı Xəzərin qərb sahilindən Rusiya, İran və Azərbaycan tərəfindən sıxışdırılaraq çıxarılıblar. Qərb sahilində hər hansı təşəbbüs isə buradakı nüfuz dairəsi olmadan tamamilə perspektivsizdir. Buna görə də, hazırkı şəraitdə Birləşmiş Ştatlara yalnız “əldən buraxılmış şanslar” strategiyasından istifadə edərək regionda minimal iştirakını qoruyub saxlamaq qalır.

Virtualaz.org xəbər verir ki, bunu “Hərbi-siyasi analitika” jurnalı yazır.

“Xəzər regionunda ABŞ və NATO: əldən buraxılmış imkanlar strategiyası” başlıqlı məqalədə ekspertlər yazır: “2010-cu illərin əvvəllərində Azərbaycan hökumətinə insan hüquqları məsələsinə görə təzyiq göstərərək, ABŞ Azərbaycanı məcbur etdi ki, qonşularına münasibətdə siyasətinə yenidən baxsın.

Bunun nəticəsi olaraq, Azərbaycan, İran və Rusiya arasında geniş spektrdə maliyyə və siyasi məsələlər üzrə əməkdaşlıq haqqında intensiv danışıqlar başladı ki, burada məqsəd ümumi iqtisadi fəzanın yaradılması və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi idi”.

“Azərbaycan və Rusiya ABŞ-ı regiondan sıxışdırıb çıxarıblar”


Nəşr qeyd edir ki, Amerika siyasətinin Xəzər regionunda çiçəklənməsi 2000-ci illərə təsadüf edir. Burada BTC neft kəmərinin istifadəsindən və NATO-nun Əfqanıstanda və İraqda əməliyyatları üçün regiondan nəqliyyat dəhlizi kimi istifadədən danışılır.

“Rusiya və İran regionda şəxsi nüfuzlarının artırılmasına iddia etdiklərindən və Türkmənistanın neytral mövqeyi üzündən ABŞ üçün regionda əsas hədəflər Azərbaycan və Qazaxıstan idi”, - məqalədə deyilir. Müəlliflər davam edir: “Vaşinqtonun Bakı və Astanada marağı bir sıra iqtisadi və siyasi amillərlə izah olunur və Amerika strategiyasında bunun əhəmiyyəti coğrafi səbəblərə görə daha da güclənir”.

Lakin sonradan Xəzər ABŞ üçün məxsusi maraq regionu kimi əhəmiyyətini itirdi və Vaşinqton burada Amerikanın xarici siyasətinə xas adi yanaşma tətbiq etdi.

“Ən böyük zərbə Azərbaycanla əlaqələrə vuruldu... 5 ildən az müddətdə Azərbaycan Xəzər dənizində ABŞ-ın əsas müttəfiqindən qarşı tərəfə çevrildi”, - “Hərbi-siyasi analitika” jurnalı yazır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *