“Əgər Qarabağa Rusiya desantı endirilsə və oranı tutsa...” QLEB PAVLOVSKİ DANIŞIR
Ermənistanda hakimiyyət dəyişikliyi ilə müşaiyət olunan son proseslər Ukraynadakı “maydan” hərəkatı ilə müqayisə edilməməlidir. Bu, inqilab deyil, sadəcə olaraq küçənin təzyiqi ilə rəhbərliyin dəyişməsidir.
Virtualaz.org xəbər verir ki, bunları məşhur rusiyalı siyasi texnoloq, Effektiv Siyasət Fondunun direktoru Qleb Pavlovski “Business-gazeta”ya müsahibəsində deyib.
“Ermənistanda küçənin təzyiqi ilə rəhbərlik dəyişik-bu faktdır. Ermənistan üçün bu, adi məsələdir. 80-ci illərin sonlarında mən Ermənistanda olmuşam, orada 100 mindən az adamın qatıldığı mitinqi mitinq saymırdılar. Yerevan üçün bu Kiyevdə maydan olduğu kimi ənənədir. Lakin öz-özlüyündə bu heç kimə ip ucu vermir. Serj Sərkisyan söz vermişdi ki, üçüncü dəfə seçkilərə getməyəcək, amma erməni Putin rolunu oynamağa çalışdı uduzdu. Bilmirəm, onların yeni xalq qəhrəmanlarından yaxşı rəhbər çıxacaqmı. Mən 80-ci illərin sonlarındakı “Qarabağ” komitəsindən qəhrəmanları yaxşı tanıyıram. Onların az qala hamısı iyrənc rəhbərlər oldular. Lakin hesab edirəm ki, ölkə itib-batmayacaq”-Qleb Pavlovski bildirib.
Pavlovskiyə görə postsovet məkanında situasiya pisdir. 2014-cü ildən sonra Rusiyadan qorxmağa başlayıblar. “İqtisadi baxımdan güclü, stabil derjava olanda bizi sevməsələr də hörmət edirdilər. Lakin heç kim bizə görə Qərblə döyüşməyə getməyəcək. Onların nəyinə lazımdır axı?”-o bildirib.
Siyasi texnoloq deyir ki, Ermənistandakı son hadisələrdə Qərbin təsirinin olduğu danılmazdır. Amma Rusiya Ermənistanı itirsə bu onun öz günahı ucbatından baş verəcək. “Eşitmişəm mənim bəzi keçmiş dostlarım Ermənistan barədə necə danışıblar. Ölkəni itirməyin ən yaxşı yolu onun barəsində istehza ilə danışmaqdır”-Pavlovski “Rosneft”İn mətbuat xidmətinin rəhbəri Mixail Leontyevin qalmaqallı çıxışını xatırladaraq deyib.
Onun fikrincə ermənilər inciyəndə Ermənistanın maraqlarını da yaddan çıxara bilərlər. Ona görə də başa düşmək lazımdır ki, Ermənistan Rusiyanın Tver vilayəti deyil. “Müttəfiqi saxlamaq üçün onu daim tumarlamaq lazımdır, hörmət etmək lazımdır. Gedin amerikalılardan öyrənin”-Pavlovski deyib.
“Ukraynanı da sevirdik, amma itirdik...”-jurnalist Qleb Pavlovskiyə xatırladıb.
Pavlovskinin cavabı belə olub: “İtirdik, amma məlumdur necə. Əgər rus desantı Qarabağa endirilsə və onu tutsa biz Ermənistanı da itirəcəyik”.
“Axı Ukraynada inqilabı Rusiya təşkil eləməmişdi?”-jurnalist polemikaya girib.
Pavlovski deyib: “Mən Putinin Kiyevdəki inqilabdan sonra ilk çıxışını xatırlayıram, o deyirdi ki, baş verənlər normal xalq etirazıdır və Yanukoviç siyasi meyitdir, Krım isə Rusiyanı maraqlandırmır...İnqilabdan sonra hakimiyyətə elə adamlar gəlib ki, onlar Kremlin “nüfuz agentləri” kimi mənasız Yanukoviçdən daha çox işə yarayır. İnqilabdan sonra ümumiyyətlə zəif hakimiyyətlərlə işləmək asandır. Lakin onları belə incitmək, sındırmaq olmazdı! Bu gün bizim MDB ilə bağlı siyasətimiz yoxdur. Olub, amma dağılıb. Avrasiya haqda danışırıq, amma başa düşmürük ki, bununla kimin xoşuna gəlmək istəyirik. Böyük Avrasiya Çin Avrasiyasıdır. Artıq aydındır ki Avrasiya İttifaqı olmayacaq, ya da böyük Çin Avrasiya İttifaqı kimi meydana çıxacaq”.
Mənbə:> Virtualaz.org