ABŞ müdafiə nazirinin keçmiş müavini: “Kreml Ermənistanda demokratiyaya imkan verməyəcək” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

ABŞ müdafiə nazirinin keçmiş müavini: “Kreml Ermənistanda demokratiyaya imkan verməyəcək”

ABŞ müdafiə nazirinin keçmiş müavini: “Kreml Ermənistanda demokratiyaya imkan verməyəcək”

ABŞ-ın Bayden Mərkəzinin direktoru, müdafiə nazirinin keçmiş müavini Maykl Karpenter sensasion bəyanatla çıxış edərək bildirib ki, Kreml Ermənistanın demokratiyaya çevrilməsinə imkan verməyəcək. Çünki bu Kremlin maraqlarına birbaşa təhdiddir.

Virtualaz.org xəbər verir ki, Maykl Karpenter belə bəyanatla Gürcüstanın STV telekanalının rus dilində efirə gedən “Poqraniçnaya ZONA” proqramına müsahibəsində deyib. Aparıcı amerikalı keçmiş siyasətçiyə belə sualla müraciət edib: “Rusiya bazasını və Azərbaycanla münaqişəni hesaba alaraq nəzəri də olsa siz buna inanırsınızmı ki, Ermənistan kursu dəyişər və belə deyək ki, Rusiyanın nəhəng təsiri olmayan demokratik ölkəyə çevrilər?”

ABŞ müdafiə nazirinin keçmiş müavini: “Kreml Ermənistanda demokratiyaya imkan verməyəcək”


Maykl Karpenter bu suala belə cavab verib: “Mən fikirləşirəm ki, bu olduqca mürəkkəbdir. Mən buna inanmaq istərdim. Fikrimcə Ermənistan vətəndaşları daha çox hesabatlılıq və korrupsiyaya son qoyulmasını istəyir. Və bu şəxsiyyətlərlə bağlı məsələ deyil. Bu Serj Sərkisyan və ya başqa adamlar barədə deyil. Sistem dəyişməlidir. Vətəndaşların buna haqqı var. Lakin Rusiya buna yol verəcəkmi? Mənim mövqeyim belədir: Kreml yol verməyəcək ki, Ermənistan demokratiya olsun, çünki bu Kremlin maraqlarına təhdiddir”.

Karpenterin sözlərinə görə, vaxtilə Dmitri Medvedyev Gürcüstanla müharibədən sonra dediyi kimi çuğlaşmış, müstəsna maraqlar dedikdə rusiyalı oliqarxlarla bu regiondakı biznes elitalar arasında korrupsiya əlaqələri də nəzərdə tutulur.

ABŞ müdafiə nazirinin keçmiş müavini: “Kreml Ermənistanda demokratiyaya imkan verməyəcək”


“Əgər bu əlaqələr dağılsa Kreml uduzacaq, çünki daha çox şəffaflıq, daha çox demokratiya olacaq. Onların bundan xoşu gəlmir. Mən buna skeptik yanaşıram ki, Kreml Ermənistan inqilabının davam etməsinə imkan yaradacaq, amma şübhəsiz ki, Ermənistana böyük uğurlar arzu edirəm, xüsusən daha çox şəffaflıq və korrupsiya ilə mübarizə məsələsində”-amerikalı analitik deyib.

Maykl Karpenterin bildirdiyi kimi Ermənistanın kursunun dəyişməsi mümkün deyil, çünki buna cəhd olunsa Moskvadan “böyük təzyiqlər” başlayacaq. “Mən demirəm ki, olmaz, amma bu çox mürəkkəbdir. Və xaricdən çox böyük təzyiq olacaq. Bu təzyiq “Paşinyan Putinlə görüşdü” səviyyəsində diqqəti cəlb edən olmayacaq. Təzyiqlər kulislərarxası olacaq. Çatdıracaqlar ki, həddən artıq uzağa getməsinlər, Rusiyanın Ermənistandakı maraqlarını yaddan çıxarmasınlar və s. Mən hesab edirəm ki, onların uğur əldə etməsi olduqca mürəkkəb olacaq, hərçənd bunu mümkünsüz də saymıram”-ABŞ müdafiə nazirinin keçmiş müavini deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *