Azərbaycan Müdafiə Nazirliyi: Yerevanın açıqlaması məsuliyyətsiz və əsassızdır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycan Müdafiə Nazirliyi: Yerevanın açıqlaması məsuliyyətsiz və əsassızdır

Azərbaycan Müdafiə Nazirliyi: Yerevanın açıqlaması məsuliyyətsiz və əsassızdır

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanla sərhəddə mühəndis işləri görməsi barədə erməni tərəfinin bəyanatını məsuliyyətsiz və əsassız adlandırıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən RİA "Novosti"yə bildirilib.

"Ermənistan Müdafiə Nazirliyi nümayəndəsinin Azərbaycan Ordusu bölmələrinin öz mövqelərini yaxşılaşdırmaq məqsədi ilə guya Azərbaycan-Ermənistan sərhədinin bəzi məntəqələrində aktiv mühəndis işləri aparması barədə məsuliyyətsiz və əsassız bəyanatı ilk növbədə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin öldürülməsinə bəraət qazandırılmasına və ört-basdır edilməsinə yönəldilib", - deyə mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyi mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olması barədə məlumat yayıb.

Müdafiə Nazirliyi bu təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətində yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirlərinin dayandığını və onların göstərişi ilə həyata keçirildiyini istisna etməyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *