6 villadan çıxan yüzlərlə kisə nəğd pul, qızıl, cəmi 5 maşın dolu yük... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

6 villadan çıxan yüzlərlə kisə nəğd pul, qızıl, cəmi 5 maşın dolu yük...

6 villadan çıxan yüzlərlə kisə nəğd pul, qızıl, cəmi 5 maşın dolu yük...

Malayziya polisi keçmiş baş nazir Nacib Razaq tərəfindən yol verilmiş korrupsiya və dövlət əmlakının talanması işinin istintaqı çərçivəsində onun 6 villasında axtarış aparıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş baş nazir vaxtilə yaratdığı dövlət investisiya fondundan yüz milyonlarla dollar mənimsəməkdə ittiham olunur.

Keçmiş baş nazirin dəbdəbəli villalarında aparılan axtarışdan sonra polislər milyonlarla dollar nəğd pul, böyük miqdarda qızıl-zinət əşyaları, çoxsaylı elit qol saatları və s. aşkar ediblər. Jurnalistlər Razaqın villalarından üçündən cəmi 5 yük maşını ilə dolu əşyayi-dəlilin daşındığının şahidi olublar. Keçmiş baş nazirin evlərində aşkarlananlar müstəntiqləri də heyrətə salıb.

6 villadan çıxan yüzlərlə kisə nəğd pul, qızıl, cəmi 5 maşın dolu yük...


Razaqın paytaxt Kuala-Lumpurun elit yaşayış komplekslərində yerləşən çoxsaylı mənzillərinin hərəsinin azı 8 milyon dollar olduğu bildirilir. Lakin evlərdən onların dəyərindən qat-qat çox sərvət daşınıb.

Nacib Razaqın iqamətgahında və mənzillərində axtarışlar mayın 16-dan başlamışdı. Axtarışlar bu gün səhər saatlarında hələ də davam edirdi. Çünki mənzillərdə və villalarda olduqca çox otaqlar və olduqca çox sərvət var, çoxsaylı müstəntiqlər ordusu səhərdən axşama dayanmadan işləyir və aşkar etdiklərini aktlaşdırırlar.

Son məlumata görə polislər keçmiş baş nazirin evlərindən 284 qutu “Hermes” eksklüziv qadın əl çantaları (“Birkin” modelindən), 72 torba nəğd pul,böyük miqdarda qızıl-zinət əşyaları, onlarla elit qol saatları və digər sərvət aşkarlayıblar. Evlərdən tapılan sərvət cəmi 280 qutuya qablaşdırılıb. Nacib özü və arvadı Rosma Mansur axtarışda polislərə kömək ediblər. Onların ölkədən çıxışına qadağa qoyulub.

Malayziya polisinin iqtisadi cinayətlərin təhqiqatı idarəsinin rəisi Amar Sinqh bildirib ki, polislər keçmiş baş nazirə məxsus cəmi 6 daşınmaz əmlak obyektini axtarıblar. Onun sözlərinə görə, aşkar edilən sərvətin dəyərini müəyyən etmək uzun müddət vaxt aparacaq. Heç nəğd pulun da məbləği məlum deyil, çünki onları saymağa çox vaxt lazımdır.

6 villadan çıxan yüzlərlə kisə nəğd pul, qızıl, cəmi 5 maşın dolu yük...


Malayziya KİV-ləri vaxtilə baş nazirin arvadının publika qarşısında hər dəfə bir “Hermes” çantası ilə göründüyü barədə yazırdı. Hər belə çantanın dəyəri 12 min dollardan 300 min dollara qədərdir. Baş nazirin maaşı isə ildə 70 min dollardan çox deyil.

Habelə bundan əvvəl ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bildiriblər ki, keçmiş baş nazirin xanımı bu ölkə ərazisində 23 milyon dollara unikal çəhrayı brilyant alıb. Amma bu brilyantın hazırkı axtarışlarda tapıldığı haqda məlumat yoxdur.

Malayaziyada baş nazir Razakın barəsində korrupsiya faktları iki il əvvəl ictimaiyyətə sızıb. Nəticədə ölkədə onun istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Nəhayət bir neçə gün əvvəl onun partiyası seçkiləri uduzub və Razak istefaya gedib. Razakın hökuməti Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə dünyanın ən korrupsiyalaşmış hökumətlərindən biri hesab olunurdu.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *