Naxçıvan ordusu, prezident Əliyevin son çıxışı və Ermənistanda panik müzakirələr » AzNews.info -Xəbər portalı

Naxçıvan ordusu, prezident Əliyevin son çıxışı və Ermənistanda panik müzakirələr " BİZİM KƏŞFİYYAT BİLDİRİR Kİ...."

Naxçıvan ordusu, prezident Əliyevin son çıxışı və Ermənistanda panik müzakirələr

Azərbaycan prezidenti İlham Əliyevin iki gün əvvəl Naxçıvan muxtar respublikasına səfər etməsi və orada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusunun yeni hərbi hissəsinin açılışını etməsi düşmən ölkədə növbəti dəfə “Naxçıvandan qaynaqlanan hərbi təhlükə” mövzusunda panik müzakirələrə səbəb olub. virtualaz.org xəbər verir ki, erməni KİV-ləri, hərbi-siyasi ekspert dairələri Naxçıvanda “minlərlə türk əsgərinin yerləşdirildiyini” də bura əlavə edərək Azərbaycanın muxtar respublika ərazisindən doğrudan da İrəvanı güclü zərbələrə məruz qoya biləcəyi haqda bəhs edirlər.

Xəbər verildiyi kimi prezident İlham Əliyev Naxçıvandakı çıxışında Azərbaycan ordusunun bu muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusunun ən müasir silah və hərbi texnika ilə təchiz edildiyini, nətcədə düşmənin istənilən hücumunu dəf edib güclü əks-hücum əməliyyatları apara biləcəyini bildirib. Prezident deyib ki, Naxçıvan ərazisində güclü raket sistemləri yerləşdirilib və bu silahlar düşmənin istənilən hədəfini vura bilər.

Naxçıvan ordusu, prezident Əliyevin son çıxışı və Ermənistanda panik müzakirələr


“Bakı birinci dəfə deyil ki, Naxçıvan ərazisindən Ermənistanı hədələyir. Orada raket sistemlərinin yerləşdirildiyi heç də dünən məlum olmayıb. Biz Azərbaycanın buradakı hərbi imkanlarını bilirik və onu da bilirik ki, Naxçıvanla həmsərhəd Ermənistan əraziləri, eləcə də paytaxt Yerevan doğrudan da əlçatandır”-hərbi ekspert David Arutyunyan “Sputnik Armenia” agentliyinə bildirib.

Onun fikrincə Ermənistana Naxçıvan ərazisindən zərbələr Yerevan tərəfdən əks-zərbələrə gətirib çıxaracaq. Lakin erməni ekspert bu məqamın üstündən keçib ki, Azərbaycan Naxçıvan istiqamətindən əsk-zərbələr barədə danışır. Yəni Dağlıq Qarabağ ətrafında mümkün irimiqyaslı hərbi əməliyyatlar başlayarsa və bu zaman Ermənistan ərazisindən Azərbaycan əraziləri hədəf alınarsa (o cümlədən “İsgəndər” raketləri ilə) bu zaman Bakının Naxçıvan istiqamətindən həmin zərbələrə cavab verməsi tamamilə legitim olacaq. Başqa sözlə, Naxçıvanda Azərbaycanın böyük hərbi qüvvə cəmləşdirməsi Ermənistan üçün məhz çəkindirici amil olmalıdır.

Arutyunyan Naxçıvandan qaynaqlanan hərbi təhdid məsələsindən danışarkən Rusiyanın Ermənistanla hərbi müqaviləsini yada salıb. Amma birinci hücum edən tərəf Ermənistan olarsa və Azərbaycan buna Naxçıvandan cavab verəcəksə Rusiyanın təhlükəsizlik qarantiyası nə dərəcədə legitim olacaq?

Naxçıvan ordusu, prezident Əliyevin son çıxışı və Ermənistanda panik müzakirələr


Arutyunov bu məqamın üstündən keçir, amma deyir ki, Ermənistan ərazisinə zərbələr münaqişənin miqyasının böyümsinə və Rusiya ilə birbaşqa toqquşma riskinin yaranmasına gətirib çıxaracaq.

Həmin agentliyin mövzu ilə bağlı digər məqaləsində isə qeyd olunur ki, Bakı son vaxtlar Naxçıvanda tez-tez təlimlər keçirir və muxtar respublikada hərbi qüvvələrin irimiqyaslı cəmləşməsini həyata keçirir. Naxçıvanda keçirilən sonuncu ümumqoşun təlimlərində 25 min hərbçi, 250-dən çox tank və digər zirehli texnika, 50-yə yaxın təyyarə və vertolyot iştirak edib.

“Üstəlik bizim ordu kəşfiyyatında məlumatlar var ki, təlimlərdə təkcə Azərbaycan quru qoşunları və zirehli birləşmələri iştirak etməyib. Naxçıvandan daxil olan ən təzə informasiyalara görə bu günlərdə orada yeni tamölçülü hərbi hissə istifadəyə verilib. Orada əsgər kazarmaları, məişət kompleksi, qərargah binası, hospital açılıb. İdman şəhərciyi, atəş poliqonu, bir sözlə hər şərait var”-müəllif yazır.

Bildirilir ki, “deyilənlərə görə” həmin təlim-tədris mərkəzində əsasən NATO hazırlığı keçmiş Türkiyə mütəxəssisləri hazırlıq keçir.

Ermənistanda Naxçıvanda cəmləşdirilmiş hərbi qüvvə barədə narahat olmağa doğrudan da əsasları var. Son illər Azərbaycan ordusunun muxtar respublikada cəmləşdirilmiş əlahiddə birləşməsi çoxsaylı yeni güclü silah sistemləri, o cümlədən Yerevan da daxil olmaqla Ermənistan ərazisinin dərinliklərini vura bilən reaktiv yaylım atəşi sistemləri (“Smerç”, “Kasırğa”, “Lynx” (İsrail) və digərləri), T-90S tankları, BTR-82 zirehli transportyorları, “Spike NLOS” raketləri ilə silahlanmış “Sandcat” zirehli maşınları və digər silahlarla təchiz edilib. Canlı qüvvənin sayı artırılıb, Türkiyə ordusu ilə birlikdə vaxtaşırı olaraq hərbi təlimlər keçirilib və belə demək olar ki, Naxçıvanda cəmləşdirilmiş ordu birləşmələri nəinki düşmənin mümkün hücumlarını dəf etmək, eləcə də qurudan əks hücuma keçərək düşmən ərazisinin dərinliklərinə irəliləmək imkanındadır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *