"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..." » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Foto

"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..." – FOTO

"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."

"Mən, həqiqətən də, çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən “Dinamo” otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, binanın memarlıq üslubu tamamilə qorunub saxlanılıb".

Bunu mayın 11-də Bakıda “Dinamo” otelinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı vurğulayıb ki, bu binanın böyük tarixi var: "Çox sevindirici haldır ki, biz bu binanı inşa olunduğu üslubda qoruyub saxlaya bilmişik. Bunun vacibliyini xüsusilə qeyd etmək istəyirəm. Çünki bilirəm ki, bu binanın sökülməsi və onun yerinə yeni göydələnin tikintisi planları var idi. Lakin mən bu barədə məlumat alan kimi, əlbəttə, bu planların qarşısını aldım. Çünki biz tariximizi, memarlığımızı qorumalıyıq və Bakı şəhərinin memarlığının inkişafını qorumalıyıq.

Prezident İlham Əliyev bildirib ki, şəhər genişlənməlidir, inkişaf etməlidir, hündürmərtəbəli binalar, göydələnlər də olmalıdır: "Lakin eyni zamanda tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya da olmalıdır. Hesab edirəm ki, Bakı bu iki vacib elementi özündə birləşdirən dünyanın azsaylı şəhərlərindən biridir. Biz tariximizi, qədim tariximizi qoruyuruq və eyni zamanda, Bakıda inşa olunmuş müasir binalar şəhərin ümumi görünüşü ilə ziddiyyət təşkil etmir. Buna görə də Bakı öz qonaqları və şəhərin sakinləri üçün xoş və rahat nadir ab-havanı qoruyub saxlayır".

Dövlət başçısı qeyd edib ki, “Dinamo” otelinin açılışı əlamətdar hadisədir: "Çünki biz burada xanım Pintonun rəhbərlik etdiyi qrupun, dünyaca məşhur şirkətin sənət əsərini görürük. Biz sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əlbəttə ki, sizin adınız qonaqları mütləq buraya cəlb edəcək. Otelin müxtəlif yerlərinə baxarkən biz bir daha görürük ki, sizin şirkətin belə yüksək beynəlxalq standarta malik olması təsadüfi deyil. Buna görə minnətdarlığımı bildirirəm. Əminəm ki, oteldə qalanlar, nahar yeməyi üçün buraya gələnlər və ya yaxşı vaxt keçirmək istəyənlər özlərini həqiqətən də çox xüsusi bir mühitdə hiss edəcəklər".

"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."


Prezident deyib ki, Bakı sürətlə inkişaf edir: "Hesab edirəm ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq.

Sizə uğurlar arzulayıram. Şadam ki, “Dinamo” adı və keçmişin rəmzləri qalıb. Bu, bir daha onu nümayiş etdirir ki, biz tariximizin bütün dövrlərinə hörmətlə yanaşırıq. Bu, bizi daha güclü edir və bu, həqiqətdir.

Bir daha sizi təbrik edirəm. Azərbaycanı regionumuzun ən cəlbedici turizm məkanlarından birinə çevirməyə kömək etmək işinizdə burada sizə çox məhsuldar fəaliyyət arzu edirəm. Çox sağ olun".
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."
"Bu binanı söküb yerində göydələn tikmək istəyirdilər, eşidən kimi qarşısını aldım..."


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


¿Estás buscando el reloj más barato de una fotocopiadora replicas relojes centenaria?Entonces wipleon está aquí para servirte.Somos los mejores diseñadores de relojes clonados que venden todos los relojes de breitling replicasmarca en los precios reales.Nuestro reloj centenario fue diseñado cuidadosamente para relojes replicas dar la precisión y el estilo del reloj original.Por lo tanto, hublot replicas nuestro reloj es la copia más vendida del mundo.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *