Bəşər Əsəd: “Rusiya üçüncü dünya müharibəsinin başlamasına imkan verməyəcək”
“Rusiya tərəfi Suriyadakı münaqişənin üçüncü dünya müharibəsinə çevrilməsinə imkan verməyəcək”.
Bunu SANA agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.
“Üçüncü dünya müharibəsi olmayacaq, çünki Rusiyada müdrik rəhbərlik var. Hazırda Rusiya-ABŞ münasibətləri “soyuq müharibə”dən də pisdir. Ümid edirəm ki, bu ölkələr arasında birbaşa münaqişənin şahidi olmayacağıq”, - deyə o vurğulayıb.
Mənbə:> Virtualaz.org