Putin Rusiyanın əsas prioritetlərini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Video

Putin Rusiyanın əsas prioritetlərini açıqladı – YENİLƏNİB– VİDEO

Putin Rusiyanın əsas prioritetlərini açıqladı

"Rusiya beynəlxalq həyatın güclü, aktiv, nüfuzlu iştirakçısıdır".

Bunu Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimində deyib.

"Biz dialoqa açığıq. Tərəfdaşlarımızla birlikdə fəal şəkildə inteqrasiya layihələrini təşviq edəcək, işgüzar, humanitar, mədəni və elmi əlaqələri artıracağıq", - V.Putin bildirib.

Onun sözlərinə görə, Rusiya dünyada sülh və sabitliyin qorunmasında maraqlı tərəf olduğundan hamı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır.

"Bu gün həyatın yeni keyfiyyəti, rifah, təhlükəsizlik insan sağlamlığı ən əsas amillərdir. Siyasətimizin mərkəzində dayananlar məhz bunlardır", - o vurğulayıb.

Rusiya prezidenti diqqətə çatdırıb ki, dövlətin prioritet vəzifələri sırasına həmçinin təhsil, ana və uşaq sağlamlığının mühafizəsi də daxil olmalıdır.

* * *13:19

Vladimir Putinin dördüncü dəfə prezident kimi Rusiya Federasiyasının Konstitusiyasına əl basaraq and içib.

O, andiçmə mərasiminə “Kortej” (“Aurus”) adlı yerli istehsal olan avtomobillə gedib.

Vladimir Putin zaldakı qonaqlarla salamlaşıb.

Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin Vladimir Putinin prezident seçildiyini elan edib.

Andiçmədən sonra Rusiyanın Dövlət Himni səslənib.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *