Büdcəni talan edən Əli Həsənovun başı üstündə "QARA BULUDLAR"
Hakimiyyətdəki etibarlı qaynaqlardan daxil olan məlumatda deyilir ki, hökumət içində müəyyən qruplar var, və onlar məqsədli şəkildə uzun müddətdir ki əhalinin psixoloji vəziyyətini pisləşdirir.
Bu şəbəkənin məqsədi Cənab Prezidentə təzyiq etmək, islahatları ləngitmək, antiböhran tədbirlərini tormozlamaq və ən əsası onları gözləyən istefaların vaxtını uzatmaqdır.
Çünki islahatlar nəticəsində bəzi “şişmiş” məmurlar vəzifəsini itirə bilər. Onlar da bunu qabaqlamaq üçün müxtəlif təzyiq rıçaqlarından istifadə etməyə başlayıblar.
“Biz hakimiyyət üçün çox vacibik” məntiqi ilə düşünən xeyli arxayınlaşmış bəzi məmurlar isə o həddə maliyyə cəhətdən “şişib” ki, gözləri ayaqlarının altını görmür.
Bizə daxil olan məlumata əsasən, bu məmurlardan biri, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur.
Artıq 22 ildir ki, media sahəsi Əli Həsənova tapşırılıb, və bu sfera ona aid olan ictimai-siyasi sahəyə aiddir.
22 il idarə olunan sahə bu gün hansı vəziyyətdədir?
Əfsuslar olsun ki, ölkədəki daxili durum, ciddi medianın ölümcül halı, və nəticə etibarən, əhalinin məmur aparatına mənfi münasibətini nəzərə alsaq, Əli Həsənovun fəaliyyətini cəmi bir sözlə təsvir etmək olar – İFLAS.
Bəli, dostlar, İFLAS. Və təəccüblənməyə heç bir əsas yoxdur.
Əli Həsənovun fəaliyyəti nəticəsində bu gün azərbaycanlılar öz media orqanlarına inanmır və hörmət etmir.
Əhalimiz kütləvi şəkildə Türk və Rusiya telekanallarına baxır, Azərbaycanda çəkilən veriliş, filmləri və seriyaları isə lağa qoyma obyektlərinə çevrilir (Burada qeyd etmək lazımdır ki, ölkədə ən iri seriyalar çəkən şirkət Əli Həsənovun oğlu Şamxala məxsusdur və ona dövlət büdcəsindən yüz minlərlə manat vəsait ayrılıb).
2009-cu ildə Cənab Prezident Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradanda, yerli medianı yeni inkişaf səviyyəsinə qaldırmaq, düşmənlərə cavab verə bilən xəbər mənbələrin peyda olunması məqsədini güdürdü.
Amma…
Dövlət üçün ən vacib sahələrdən biri sayılan, və media inkişafına ayrılan büdcənin talan etmə prosesinə Əli Həsənov tərəfindən start verildi.
Yeyinti sualına cavab üzdədir. 21-ci əsrdə, informasiya müharibəsinin İnternetdə aparılan anda, maraqsız, eyni-məzmunlu qəzetlərə niyə milyonlar ayrılır?
Azərbaycanda orta səviyyəli xəbər saytın, misal üçün Qaynarinfo.az portalının, auditoriyası ölkənin ən oxunan qəzetlərinin toplam tirajından çoxdur.
Neft ölkəsinin zəngin paytaxtının azsaylı qəzet köşklərində oxumağa nə tapa bilərsiniz?
Kif iyi verən pis qoxulu dəftərxana kağız-kuğuzundan – bolşevik təbliğat aparatının pis ənənələrinin davam etdirən bir yığın hökumətdən pul alan qəzetindən başqa heç nə. “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”… – yalnız bunları.
Yalnız prezidentin fəaliyyətinə dair rəsmi xronikanı dərc edən, bununla da heç kimə lazım olmayan və makulatura kimi saralıb tullanan qəzetlərin nəşrinə xəzinədən hər il milyonlarla manat vəsait ayrılır.
Əgər bütün bu informasiyalar prezidentin özünün saytında varsa, onda həmin qəzetlər kimin nəyinə lazımdır? Bu pullar qəzetçilik adı altında nəyə görə israf olunur?
Bəs onda qəzetlərə milyonlar niyə ayrılır?
Əli Həsənov milyonları iki yolla mənimsələyir.
1) Maddi yardım alan qəzet redaktorları məbləğin 50%-ni Əli müəllimə “otkat” formasında qaytarır. (Bu prosesdə müavini Vüqar Əliyev vasitəçi kimi çıxış edir)
2) Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi” qəzetinə utanmadan külli miqdarda pul ayırır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı hesab edir ki, media sahəsinin bərbad idarə olunması nəticəsində, Azərbaycan gənclərdə qəzet oxumaq vərdişi yoxdur.
“Qəzet köşkləri çoxdur, amma bu köşklərdə qəzet satılmır, tamam başqa şeylər satılır.
Son zamanlar Azərbaycanda haradasa qəzet oxuyan adam görmək olmur.
Olsa da, çox nadir halda olur. Haradasa bir gəncin qəzet oxuduğunun görmürük.”
Bu ölü sahəyə dövlətin milyonlarını ayırmaqla, Əli Həsənov şəxsi maraqların güdür. Pulu həyat yoldaşına ayırır. Heç kim oxumadığı Kaspi qəzetdən başqa, rus dilində nəşr olunan Каспий qəzetinə də pul ayrılır.
Artıq bəllidir ki, Əli Həsənov ona həvalə olunan heç bir tapşırıqı yerinə yetirə bilmir. Dəqiq desək, bütün məsələləri şəxsi maraq prizmasından həll edir.
Bir neçə layiqli jurnalisti kənara qoysaq, Jurnalistlərin binalarında mənzillər əsasən Əli Həsənova loyallıqla tanınan, jurnalistikada heç bir önəmli işnən yadda qalmayan, şəxslərə verildi. Evi olmayan jurnalistlər olan yerdə, mənzillər bir neçə evi və villası olan insanlara paylandı.
Nəticədə, böyük sayda olan layiqli jurnalistlərə mənzillər verilməyib. Azərbaycanın tanınmış jurnalistləri narazı qalib.
Əli Həsənov həmişəki kimi Prezidenti ayağa verdi. Özü isə milyonlar qazandı.
Əldə olunan məlumata görə, jurnalist binalarını Əli Həsənovun Mənzil-tikinti kooperativi tikib və tikir, yanı bu sahədə də büdcə milyonları Əli müəllimin cibinə qedir.
Acınacaqli və kədərli fakta nəzər salaq. Ölkəmizi ləkələyən, qaralayan, uğurlarımıza kölgə salan Meydan.TV-nin auditoriyası dövlət tərəfdən dəstək olunan mediaların hamısından böyükdür.
Amma, bu Meydan.Tv-nin uğuru yox, Əli Həsənovun media siyasətinin FİASKOsudur.
Bu gün Əli Həsənov tərifindən idarə olunan media sferası “yandırılmış torpaqı” xatırladır.
Azərbaycan jurnalistikası ölümcül vəziyyətdədir – indən belə jurnalistika bizim ölkəmizdə heç də hörmətli və nüfuzlu məşğuliyyət deyil.
Jurnalistika öz qapılarını küt adamların və həyatda özünə yer və peşə tapa, özünü təsdiqləyə bilməyən şair-aşıqların üzünə açılıb.
Jurnalistika kütbeyinlərin, yaramazların və çıxdaş olunmuş tör-töküntülərin sığınacaq yerinə çevrilib. Jurnalistika pis qoxulu (sözün hərfi mənasında) adamların səhnəsinə dönüb.
Onun sıralarında, cəmi bir neçəsi istisna olmaqla, ictimaiyyət tərəfindən hörmət olunan media orqanı qalmayib.
Hazırda Avropa ölkələrində yaşayan və Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyaları aparan bir qrup təxribatçılar – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Məhəmməd Mirzəli, Rafael Priyev, Həbib Müntəzir, Vidadi İsgəndərli və digər bu kimi şəxslərə, “Əli Həsənovun media” ordusundan layiqli video cavab verən tapılmadı.
Bu isə, o deməkdir ki, tək Facebook və Youtube vasitəsi ilə çıxış edən təxribatçılar, milyonlarla pul ayrılan “Əli Həsənov mediasının” səriştəsiz olmağını sübut edir.
İnsanlar artıq mediaya inanmır, və bu qorxulu haldır, ona görə ki, insanlara inam verə bilməyən dövlətin daxili sütunları laxlaya bilər.
İnamı itirən səriştəsiz “Əli Həsənov mediası” isə insanları heç bir zaman mobilizasiya, bayraq altına yığa bilməz.
Bu isə artıq Prezidentimizə, xalqımıza qarşı xainlikdir! Prezidentin daxili və xarici imici – ilkin prioritetdir.
Öz maraqlarını dövlət prioritetlərindən üstün tutan, büdcə pullarını talayan məmurlar layiqli cəzasını almalıdır, və alacaqlar.
Əli Həsənov bu illər ərzində çox varlanıb. Büdcədən talan etdiyi pullarla Azərbaycanda bir necə villa və kommersiya obyektləri tikdirib, qohumların adına biznes açıb. Türkiyədə turizm və tikinti şirkəti fəaliyyət göstərir. Şərqi Avropada daşınmaz əmlak alıb. Həyat yoldaşı isə klinika və təhsil mərkəzləri işlədir.
Amma Əli müəllim tamahını boğa bilməyib.
Bu yaxınlarda, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Musayev bəzi məmurları xəyanətkar adlandırıb.
A.Musayev deyib ki: “Vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, ona xəyanət edən məmurlar vardı.
Bu gün də Ulu Öndərimizin heykəlinin arxasında və kölgəsində gizlənib, ölkənin iqtisadi resurslarını düşməncəsinə talayan, mənəvi dəyərlərimizi tapdayan, onun qoyduğu demokratik dövlətçilik irsinə, Cənab Prezidentə xəyanət edən məmurlar var…”
Həmçinin xatırladaq ki, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov çıxışında qeyd edib ki:
“Qanunu pozmuş, Prezidentin göstərdiyi etimadı yerinə yetirməmiş və bəlkə də o etimada müəyyən dərəcədə xəyanət etmiş insanlar ciddi şəkildə cəzalandırılacaqlar”.
Göründüyü kimi, Əli Həsənovun başı üzərində qara buludlar dolaşır, və bu yaxınlada yola salınacaq.
Belə ümidlər var ki, yeni təyin olunan şəxs informasiya cəmiyyəti həmrəyliyi gücləndiriləcək, sağlam informasiya cəmiyyətinin inkişafı və qorunması üçün qanunvericilik təklifləri ilə çıxış ediləcək, KİV-in iqtisadi tərəqqisinə, jurnalist peşəkarlığının artırılmasına kömək məqsədi ilə tədqiqatlar aparacaq, tövsiyələr hazırlayacaq və həyata keçirəcək.
Mənbə:> AzəriPress.com