Vaqif Əliyevin İsveçrədə 28 milyon dolları bloklandı » AzNews.info -Xəbər portalı

Vaqif Əliyevin İsveçrədə 28 milyon dolları bloklandı – ŞÜBHƏLİ BANK ƏMƏLİYYATI

  Vaqif Əliyevin İsveçrədə 28 milyon dolları bloklandı


Azərbaycan Dövlət Neft Şirkətinin vəsaitlərini talamaqla tanınan SOCAR-ın xarici sərmayələr idarəsinin rəisi, "SOCAR Türkiye” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin oğlunun İsveçrə banklarındakı hesabında 28 milyon dollar dondurulub.


İndi ictimaiyyəti bir məsələ çox düşündürür:Axı Vaqif Əliyevin azyaşlı oğlu hansı bacarığın sahibdir ki, az müddətdə bu qədər milyonlara sahib ola bilib?Görünür, o, dövlətin pullarını peşəkar şəkildə mənimsəməkdə atasından çox şeyi öyrənib. Məhz mənimsədiyi vəsaitlər hesabına Vaqif Əliyev dünyanın bir sıra ölkələrində öz biznes imperiyasını qurub.

Avropa.info bildirir ki, İsveçrə hökuməti tərəfindən Vaqif Əliyevi qəfil ifşası çox məqamlardan xəbər verir. Ən azı düşünmək olar ki, indi Vaqif Əliyevin dəbdəbəli həyat tərzi keçirən oğlunu korrupsiya cinayətləri üzrə həbs gözləyir. Çünki İsveçrə Konfederasiyası hökuməti sözügedən vəsaiti çirkli pullar hesab edir. Bununla əlaqədar İsveçrə Konfederasiyası hökuməti Azərbaycanın müvafiq qurumlarını da xəbərdar edib. Hətta yaxın vaxtlarda İsveçrə Federal Şurası tərəfindən Vaqif Əliyevin bütün aktivlərinin dondurulması gözlənilir.

Əgər aparılan təhqiqat nəticəsində bu aktivlərin qanunsuz yolla əldə olunduğu müəyyənləşdirilərsə, İsveçrə hökuməti bunları Azərbaycan dövlətinə qaytarmağa borcludur.

Hazırda Azərbaycanın müvafiq qurumlarının bu məsələ ilə bağlı hansı addımları atması hələlik bizə məlum olmasa da, görünən odur ki, Vaqif Əliyev bütün vasitələrlə özünü xilas etməyə çalışır. Xatırladaq ki, bu gün rəsmi məlumatlara görə, SOCAR özünün SOCAR Turkey törəmə şirkəti ilə Türkiyə iqtisadiyyatına 12,6 mlrd. dollar sərmayə yatıraraq, bu ölkədə ən böyük investora çevrilib.

SOCAR Turkey-in strukturuna Petkim, STAR Rafineri, Petlim, SOCAR Fiber, SOCAR Dagitim, SOCAR Depolama kimi şirkətlər daxildir. SOCAR-ın törəmə şirkəti həmçinin TANAP layihəsində 7% pay alıb.

Razılaşaq ki, bu hətta Azərbaycan kimi zəngin ölkə üçün böyük yatırımlardır – axı unutmaq olmaz, SOCAR qardaş ölkənin iqtisadiyyatına şəxsi deyil, dövlətin pullarını yatırıb.

Bu gün SOCAR Türkiyə şirkətində Vaqif Əliyevin rəhbərliyi altında onlarla şirkət fəaliyyət göstərir, onlara milyardlarla dollar vəsait yatırılıb, 2020-ci ilin sonuna isə Azərbaycanın Türkiyəyə yatırımlarının həcminin 19,5 mlrd. ABŞ dollarına çatacağı gözlənilir.

Belə investisiyalar şirkət rəhbərliyindən maksimal peşəkarlıq, dövlətin hər bir qəpiyinin hesablanması, gələcək investisiyalar üçün ölkə və şirkət rəhbərliyinə təqdim olunan layihələrin dərin təhlilinin aparılmasını tələb edir.

Lakin reallıqda biz nə alırıq? Əgər axtarış sistemlərində Vaqif Əliyevin adını yazsaq, KİV-də başçılıq etdiyi şirkətin fəaliyyəti haqqında bir neçə növbətçi bəyanatlardan başqa, biz böyük mətbu orqanlarda sonuncunun Fətullah Gülənin terrorçu FETÖ təşkilatı ilə sıx əlaqələrindən bəhs olunan onlarla məqalə ilə qarşılaşırıq.

Türkiyənin "Sabah” qəzetinin hələ 2015-ci ildə yazıdığına görə, Fətullah Gülən və onun tərəfdarları Türkiyənin energetika sektorunu özlərinə tabe etmək üçün qardaş ölkənin bu sənayesinə onlarla milyard dollar yatırmağa hazırlaşan SOCAR-da öz adamlarını yerləşdiriblər. Bu adamların başlıca məqsədi isə təmsil etdikləri şirkətlərə gəlir gətirmək yox, Türkiyə hakimiyyətini, o cümlədən prezident Ərdoğanı dəstəkləyən sənayeçilərin mövqelərinin zəiflədilməsi olub.

Əlbəttə, yekunda Azərbaycan dövləti, Azərbaycan xalqı on milyardlarla dollar vəsait itirir, onun pulları uğurlu layihələrə yox, gülənçilərin Türkiyənin qanuni hakimiyyəti ilə mübarizəsinə sərf olunur. Bir neçə il əvvəl Türkiyə rəhbərliyi terrorçu-gülənçilərlə mübarizəyə başladı və Azərbaycan tərəfi bu işdə onlara dəstək oldu, özünü SOCAR Turkey-in rəhbərliyinə soxmuş bir çox nurçular işdən qovuldular. Lakin bu gün SOCAR Turkey-in qardaş ölkənin ərazisindəki fəaliyyətini təhlil edib, bunun tam belə olmadığı qənaətinə gəlirsən.

Belə ki, SOCAR Turkey-in indiki rəhbəri Vaqif Əliyevin adı daim "nurçu”, "gülənçi” kimi sözlərlə yanaşı çəkilib. Buna əmin olmaq üçün Azərbaycan və Türkiyə KİV-dəki çoxsaylı məqalələri oxumaq kifayətdir. Axı "Sabah” qəzeti kimi hörməli mətbu orqan əlində konkret sübutlar olmadan gülənçi Vaqif Əliyev haqqında yazmazdı. Nəzərə alaq ki, həmin yazıda adı keçən bir çox şəxslər nəticədə öz işlərini itirdilər, onların günahları sübut olundu. Lakin şirkət rəhbəri Vaqif Əliyev əsl nurçu davranışı nümayiş etdirərək, bu dəfə də gizləndi və SOCAR Turkey-in başında dayanaraq, müəllimi Gülənin qardaş Türkiyə rəhbərliyinə qarşı müharibəsini davam etdirdi. Bu məqsədlə xərclənən milyardlar isə Azərbaycan xalqının və dövlətinindir.

Belə ki, bu gün Petkim istisna olarsa, SOCAR Turkey-in bütün digər fəaliyyəti yalnız Azərbaycanla bağlıdır – bura həm neft və neft məhsulları, həm də qaz ixracı daxildir. Gələcək neft-kimya layihələrinin böyük əksəriyyəti də məhz Azərbaycan qazına söykənir.

Başqa sözlə, bu şirkətlər Azərbaycan qazının satışında vasitəçi rolunu oynayacaqlar və beləliklə, Azərbaycan üçün heç bir əlavə dəyər formalaşdırmayacaqlar. Onlar Türkiyədə qazın yayılması şəbəkəsini quraraq, qardaş ölkə bazarında uğurlu ola bilərlər, yəni qısaca, gülənçilərin Ərdoğan tərəfdarları sənayeçilərlə mübarizəsi prizmasından.

Lakin Azərbaycan üçün böyük gəlir gözləməyə dəyməz. SOCAR Turkey-in indiki rəhbərliyinin yatırımları sadəcə Türkiyə rəhbərliyinə yaxın şəxslərin bazardan çıxarılmasını nəzərdən tutur və belə fəaliyyət Azərbaycana heç bir gəlir gətirmir. Gülənçi Vaqif Əliyevin tək məqsədi var. Və bu məqsəd Azərbaycan xalqının və dövlətinin rifahı deyil. Digər tərəfdən Vaqif Əliyev və onun oğlunun bu əməlləri ölkə başçısının məmur övladları ilə bağlı etdiyi xəbərdarlıq çıxışlarına adekvat deyil. Təcrübə də göstərir ki, prezident İlham Əliyev xalqın və dövlətin vəsaitlərini oğurlayan, xaricdə dəbdəbəli həyat tərzi keçirən bu cür məmurları əsla bağışlamır. Yaxın tarixə nəzər salsaq görərik ki, son illər ölkə başçısı qudurğanlıq edən məmur övladlarının əməllərinə görə nə qədər dövlət məmurunu işdən azad edib.

Burada maraqlı sual da ortaya çıxır, məgər Vaqif Əliyev prezident İlham Əliyevin etimadını itirmiş digər məmurların sonrakı aqibətini düşünmür? Axı həmin məmurlar da məhz övladlarının harın əməllərinə görə prezidentin etibarını itiriblər.

Buna görə də hər bir insan hansı mənsəb və ya var-dövlətə sahib olmasından asılı olmayaraq, həddini aşmamalıdır. Həmişə çalışıb həddini bilməlidir. Nəfsin ağıla bələdçilik elədiyi insanlarda, ailədə, nəsildə və cəmiyyətdə heç kim xoşbəxt ola bilməz. Övladı harınlıq edən məmur gedib hansısa strukturda yüksək vəzifədə otura və ya pulun, milyonların içində üzə bilər, amma o mənsəb və pullar onun üçün "qızıl ləyən”dir, içində qan qusur. Gərək ki, Vaqif Əliyev də bu məsələlərdə "gözü çıxmış qardaş”ından öyrənsin!

Mənbə: Uluyol.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *