Eynulla Fətullayev KİV-i lisenziyalaşdırmağa çağırdı: "Bizə cərrahiyyə yox, terapiya lazımdır” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Media, Video

Eynulla Fətullayev KİV-i lisenziyalaşdırmağa çağırdı: "Bizə cərrahiyyə yox, terapiya lazımdır” – VİDEO

Eynulla Fətullayev KİV-i lisenziyalaşdırmağa çağırdı: "Bizə cərrahiyyə yox, terapiya lazımdır”

Azərbaycanda KİV-in lisenziyalaşdırılması haqqında qanun qəbul etmək lazımdır.

Bunu Real TV-nin efirində virtualaz.org və haqqin.az informasiya-analitik portallarının baş redaktoru Eynulla Fətullayev deyib.

Jurnalistin sözlərinə görə, KİV-in lisenziyalaşdırılması 2001-ci ilin sentyabrında Avropa Şurasının tələbi ilə, Azərbaycanda siyasi azadlıqların genişləndirilməsi çərçivəsində ləğv edilib. Halbuki həmin dövrdə söhbət yazılı KİV və telekanallar üçün qanunvericiliyin liberallaşdırılmasından gedirdi. Lakin KİV-in internetə keçidindən sonra, tənzimlənməyən yeni sahədə informasiya axınının qarma-qarışıqlığı jurnalistikanın deqradasiyasına səbəb oldu və informasiya təhlükəsizliyinin açıq təhdidlərinə gətirib çıxardı.

Bununla birlikdə jurnalist Milli Məclisdə hərbi vəziyyətlər dövründə senzuranın və jurnalistlərin azadlığının məhdudlaşdırılması haqqında təklif edilən qanun layihəsinin qəbuluna qarşı çıxış edib.

Eynulla Fətullayev əlavə edib ki, bu gün Azərbaycanda böyük miqdarda "virus" informasiya saytları fəaliyyət göstərir, hansılar ki, ayrı-ayrı məmurlara və hətta oliqarxiya dairələrinə aiddirlər və şəxsi, yaxud qrup maraqlarına xidmət edirlər. Bütün Qərb ölkələrində və hətta qonşu Rusiyada belə saytların fəaliyyəti qeyri-mümkün olardı, çünki orada lisenziyalaşdırma proseduru mövcuddur.

Jurnalist hesab edir ki, KİV-in lisenziyalaşdırılması bir çox problemlərin həllinin, hansıları ki, Azərbaycanda senzuranın qayıdışı ilə yoluna qoymağı təklif edirlər, profilaktik metodudur.

Eynulla Fətullayev qəti surətdə həm də sosial şəbəkələrin bağlanması daxil olmaqla, radikal məhdudlaşdırıcı metodlara qarşı çıxış edib.

"Harada xəstəliyi terapiya ilə sağaltmaq olarsa, orada cərrahi metodlar lazım deyil", - deyə o vurğulayıb.

Virtualaz.org E.Fətullayevin çıxışının tam versiyasını təqdim edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *