Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklərin mesajını verdi » AzNews.info -Xəbər portalı

Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklərin mesajını verdi

Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklərin mesajını verdi

Maliyyə nəzarəti sistemində vergi nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o, həm də iqtisadi inkişafın stimullaşdırıcı aləti kimi çıxış edir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafını dəstəkləməlidir. Vergi xidmətində peşəkar və təmiz kadrlara üstünlük verilməli, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejimi yaradılmalıdır.

Virtualaz.org xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. Məqalənin tam mətnini AzərTac dərc edib.

Administrasiya rəhbəri yazır ki, vergi sisteminə hörmət və inamın artırılması üçün ciddi addımlar atılmalı, vergiödəyiciləri ilə münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Vergi uçotunun dəqiq aparılması, auditin real funksiyasının bərpa olunması, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsi yeni mərhələdə vergi nəzarəti orqanlarının xüsusi diqqət yetirməli olduqları fəaliyyət istiqamətləri olmalıdır.

Ramiz Mehdiyev gömrükdə gözlənilən dəyişikliklərin mesajını verdi


Ramiz Mehdiyev qeyd edir ki, maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri var.

Məqalədən sitat: “Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir».

Virtualaz.org qeyd edir ki, Ramiz Mehdiyevin bu tezisi Azərbaycanın gömrük orqanlarında gözlənilən instusional islahatların mesajı hesab edilə bilər. Belə ki, Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməli olduğu barədə tezis əslində Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyinə, yaxud Vergilər Nazirliyinə birləşdiriləcəyinə dair neçə vaxtdır dolaşan xəbərləri yada salır. Bir çox ölkələrdə gömrük xidməti ayrıca struktur deyil və digər maliyyə nəzarəti orqanlarının tərkibində departament kimi fəaliyyət göstərir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *