Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır » AzNews.info -Xəbər portalı

Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır

Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır

ABŞ-ın ötən həftə Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalarından sonra bu ölkənin maliyyə bazarlarında yaranmış çaxnaşma neftin dünya bazarında qiymətlərinin kəskin sıçrayışı sayəsində səngiyib. Virtualaz.org xəbər verir ki, Moskva banklararası birjasında bu gün keçirilən hərraclarda rubl ötən günlər ərzində itirdiyi mövqeləri cüzi də olsa bərpa edib. Hazırda 1 ABŞ dollarının rəsmi məzənnəsi 62 rubldan bir qədər aşağıdır. Valyutadəyişmə məntəqələrində isə dollara tələbat hələ də yüksək olaraq qalır və məzənnə 64 rubl səviyyəsindədir. Avronun rəsmi məzənnəsi isə 78 rubl təşkil edir.

Rublun sürətlə dəyərdən düşməsi prosesinin dayanmasının birbaşa səbəbkarı isə belə görünür ki, ABŞ prezidenti Donald Tramp, dolayısı səbəbkarı Suriya diktatoru Bəşər Əsəddir. Çünki Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə təxminən eyni vaxtda Əsəd rejimi Dəməşq ətrafında müxalifətin nəzarət etdiyi yeganə yaşayış məntəqəsi şərqi Qutada kimyəvi silah tətbiq etdi. Bu hücum nəticəsində azı 150 mülki şəxsin öldüyü, yüzlərlə insanın zəhərləndiyi bildirilir.

Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır


Və Əsəd rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq dərhal ABŞ prezidenti Donald Tramp Suriyaya hərbi zərbələr endirilməsi üçün hazırlıqlara başladı. Üstəlik Tramp özünün Tvitter bloqunda Rusiyanı və birbaşa prezident Putini də sərt ifadələrlə hədəf aldı. Nəticədə geosiyasi gərginlik artdı və ABŞ prezidenti Suriyaya tərəf vəd etdiyi “ağıllı, gözəl” raketləri hələ buraxmasa da dünya birjalarında neftin qiymətində sıçrayış baş verdi-1 barrel “Brent” neftinin qiyməti 72 dolları ötüb keçdi.

Neft bahalaşan kimi rublun dəyərdən düşməsi də dayandı. Əks halda prosesin davam edəcəyi qaçılmaz idi. Doğrudur, neftin qiymətində ötən iki gündə baş vermiş sıçrayışlı artım dayanıb və barrel qismən ucuzlaşaraq 72 dolların altına enib. Buna baxmayaraq neftin indiki qiymətləri sərt sanksiyaların təsiri altında olan Rusiyaya rublu qorumağa imkan verir. Hərçənd neftin qiymətlərinə dair ortamüddətli proqnozlar elə də optimist sayılmır. Digər tərəfdən ABŞ tezliklə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə və bu ölkəni hətta beynəlxalq istiqrazlar bazarından sıxışdırıb çıxara bilər. Bu halda vəziyyəti düzəltməyə bahalı neft də kömək etməzdi.

Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır


Xəbər verildiyi kimi Rusiya ilə bir vaxtda Qazaxıstanda da dolların bahalaşması baş vermişdi. Bu, Qazaxıstan iqtisadiyyatının Rusiya iqtisadiyyatından birbaşa asılılığının yüksək olmasından qaynaqlanırdı. Nəticədə rublun dəyərdən düşməsi təngəni də dəyərdən salıb, üç gün ərzində dollar təxminən 15 təngə bahalaşaraq 332 təngəyə çatıb.

Lakin rublun “sakitləşməsi” təngənin də itirdiyi mövqeləri qismən geri qaytarmasına imkan verib. Hazırda qazax milli valyutasının dollarla müqayisədə məzənnəsi 327 təngəyə yaxındır. Analitiklərə görə əgər ABŞ Rusiyanın dövlət istiqrazlarını alıb satmağı qadağan edən qanun layihəsini qəbul etsə bu zaman neftin qiymətinin yüksək omasına baxmayaraq 1 dollar 71 rubla qədər bahalaşa bilər. Qazax təngəsi isə bunun təsiri altında ucuzlaşacaq, 1 dollar 340-370 təngəyə qədər bahalaşacaq.

Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır


Rusiyaya tətbiq edilən sanksiyalardan sonra bu ölkənin yaxın iqtisadi tərəfdaşı olan Belarusda da milli valyuta dəyərdən düşüb, amma daha aşağı templə. Belarus rublunun 3 gün ərzində 4.5 faiz ucuzlaşdığı bildirilir. Ermənistan dramı isə özünü daha təmkinli aparıb, cəmi 0.39 faiz dəyər itirib.

Digər qonşu ölkə Türkiyədə də lirənin ucuzlaşması stabil davam edir. Nefti olmadığından Türkiyənin milli valyutasının ucuzlaşmasını neftin bahalaşması dayandıra bilməz. TL ABŞ-la Türkiyə arasında neçə vaxtdır davam edən, dərinləşən gərginlik fonunda dəyərdən düşür. Hazırda 1 dollar 4.2 TL-yə satılır. Analitiklər dolların 5 TL psixoloji həddinə çatacağını qaçılmaz hesab edirlər.

Azərbaycan milli valyutası üçün isə belə görünür ki, hazırda risk yoxdur. Neftin qiyməti yüksəkdir, tədiyyə balansı müsbətdir, valyuta ehtiyatları xeyli artıb və belə vəziyyətdə Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun “manatın ucuzlaşmasından söhbət gedə bilməz” bəyanatına inanmaq lazım gəlir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *