Ceyson Smart: "İlham Əliyev Vaşinqtonla münasibətlərdə qırmızı xətti keçməyib"
"İlham Əliyev təcrübəli siyasətçidir və onun qələbəsi gözlənilən idi".
Bunu virtualaz.org-a Amerika siyasi texnoloqu Ceyson Smart deyib.
“Vaşinqton, prinsip etibarilə, İlham Əliyevin prezidentliyinə qarşı deyil, həm də ki, o, Qərblə münasibətlərdə qırmızı xətti keçməyib”, - deyə ekspert bildirib.
"Düşünürəm ki, İlham Əliyev öz siyasətini gələcəkdə də davam etdirəcək. Azərbaycan üçün ölkə siyasətinin indiki istiqamətini saxlamaq əhəmiyyətlidir və biz Qərbdə ümid edirik ki, o, ciddi dəyişikliklərə uğramayacaq", - deyə Smart vurğulayıb.
Mənbə:> Virtualaz.org