Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hadisə

Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər...

Həbs edilən milyarder-oliqarx Ziyanın çevrəsi: milyarder Məmişov və daha kimlər...

Rusiya məbuatı ötən həftə sonu həbs edilən milyarder-oliqarx, “Summa” şirkətlər qrupunun sahibi Ziya Maqomedovun “dostlarının siyahısını” yayır.

Bildirilir ki, bu siyahıya baş nazir Dmitri Medvedyev və onun müavini Arkadi Dvorkovçlə yanaşı bir sıra yüksək rütbəli məmurlar və oliqarxlar, o cümlədən azərbaycanlı milyarder Vaqif Məmişov, prezidentin köməkçisi Vladislav Surkov, nəqliyyat nazirinin birinci müavini Oleq Belorezov, baş nazirin digər müavini İqor Şuvalovla yaxın münasibətlərə malikdir. Dövlət Dumasının Dağıstandan olan deputatı Umaxan Umaxanov onun yeznəsidir. Və deyilənlərə görə Arkadi Dvorkoviçin xanımı, dağıstanlı Zümrüd Rüstəmova Maqomedovun dostları siyahısındadır. Ümumiyyətlə, Maqomedov Rusiya hakimiyyətində şərti olaraq “liberallar” adlanan qruplaşmanın üzvüdür və ehtimal edilir ki, onun həbsi sərt xətt tərəfdarlarının liberalları sıradan çıxarmağa yönəlmiş planlarının tərkib hissəsidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *