Rusiyada milyarder-oliqarxın həbsinin Araz Ağalarovla hansı bağlılığı var... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Maraqlı

Rusiyada milyarder-oliqarxın həbsinin Araz Ağalarovla hansı bağlılığı var...

Rusiyada milyarder-oliqarxın həbsinin Araz Ağalarovla hansı bağlılığı var...

Rusiyada ötən həftə gözlənilmədən həbs edilən oliqarx-milyarder, çoxprofilli “Summa” şirkətlər qrupunun sahibi Ziyavuddin Maqmomedovun həbsinin digər oliqarx-milyarder, azərbaycanlı Araz Ağalarovun tikdiyi stadionla bağlılığı var.

Lakin virtualaz.org xəbər verir ki, bu məsələdə Ağalarov özü də dolayısı ilə Ziyavuddin Maqomedovun fəaliyyətindən ziyan çəkən tərəfdir.

Rusiya mətbuatı bildirir ki, Maqomedova qarşı irəli sürülən ittihamlardan biri Kalininqrad vilayətində 2018-ci il futbol üzrə Dünya Çempionatı üçün inşa edilən “Baltik Arena” stadionu layihəsində 800 milyon rubla yaxın vəsaitin mənimsənilməsi ilə bağlıdır.

Məlumdur ki, bu stadionun tikintisini Ağalarovun “Crocus Group” şirkəti (baş podratçı qismində) həyata keçirir. Lakin Maqomedovun “Summa” şirkətlər qrupuna daxil olan “Qlobalelektroservis” şirkəti 2013-cü ildə stadionun ərazisinin bataqlıqdan qurudulması və tikintiyə hazırlanması işlərini yerinə yetirmək üçün podratçı qismində seçilmişdi. Həmin vaxt hələ Ağalarovun şirkəti layihənin həyata keçirilməsini üzərinə götürməmişdi.

Rusiyada milyarder-oliqarxın həbsinin Araz Ağalarovla hansı bağlılığı var...


“Qlobalelektroservis” şirkəti Kalininqrad vilayətinin dövlət büdcə təsisatı olan “Kapital tikinti sifarişçisi regional idarəsi” tərəfindən ərazinin tikintiyə hazırlanması üzrə podratçı seçilib. Şirkət layihədə göstərilən qiymətə xeyli keyfiyyətsiz qum alıb ərazini doldurub və daha sonra bu ərazidə tikinti aparmağın mümkün olmadığı üzə çıxıb. Nəticədə “Crocus Group” dərinliyi 50 metrə çatan bataqlıqda svaylar vuraraq stadionu onların üzərində inşa edib. Maqomedovun şirkətinin isə bu korrupsiya sxemi sayəsində 750 milyon rubl əkişdirdiyi müəyyən olunub.

Lakin bu korrupsiya faktı yeni aşkarlanmayıb və neçə vaxtdır istintaq olunurdu. Fevralın əvvəllərində “Qlobalelektroservis” şirkətinin keçmiş baş direktoru Eldar Naqapov axtarışa verilib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Ötən il isə şirkətin tikinti direksiyasının direktoru Xaçim Eristov, Kalininqrad vilayətinin tikinti naziri Amir Kuşxov və regional əsaslı tikinti idarəsinin rəis müavini Sergey Tribunski həbs ediliblər.

Rusiyada milyarder-oliqarxın həbsinin Araz Ağalarovla hansı bağlılığı var...


Araz Ağalarovun şirkəti 2014-cü ildə “Baltik Arena” stadionunun tikintisi üzrə podratçı seçilib. Bundan iki il sonra Ağalarov demişdi ki, “Qlobalelektroservis” əraziyə qum qatını lazım olandan iki dəfə az səpib. Həmin vaxt Kalininqrad hökuməti şirkəti məcbur edib ki tikinti ərazisinə əlavə qum qatı səpsin.

Qeyd edək ki, Maqomedov baş nazirin müavini Arkadi Dvorkoviçə və baş nazir Dmitri Medvedyevə yaxın fiqurdur. Bəzi məlumatlara görə Dvorkoviçlə bağlı son vaxtlar problemlər var və o, yeni hökumətin tərkibində yer almayacaq. Maqomedovun həbsini də Dvorkoviçin vurulması ilə əlaqələndirənlər yox deyil.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *