Rusiya Baş qərargahında Azərbaycan-Ermənistan müharibəsinə hazırlıq görülür » AzNews.info -Xəbər portalı

Rusiya Baş qərargahında Azərbaycan-Ermənistan müharibəsinə hazırlıq görülür

Rusiya Baş qərargahında Azərbaycan-Ermənistan müharibəsinə hazırlıq görülür

Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasında elmi-praktik konfrans olub. Virtualaz.org xəbər verir ki, konfransda Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov da çıxış edib.

“Arqumenti nedeli” həftəliyinin hərbi şərhçisi Yaroslav Vyatkin konfransda gedən müzakirələrə istinadən yazır ki, Gerasimovun nitqi xüsusən Rusiya hərbi-siyasi rəhbərliyinin son hərəkətləri və bəyanatları, eyni zamanda Amerika hərbçilərinin ziddiyətli bəyanatları fonunda olduqca maraqlı idi.

Rusiya Baş qərargahında Azərbaycan-Ermənistan müharibəsinə hazırlıq görülür


Konfransda general Gerasimov dünyadakı vəziyyəti müzakirə edib. Əsas diqqəti ABŞ-ın özünü uzun illərdir yegan superdövlət kimi təqdim etməsinə yönəldib. Hansı ki, Gerasimovun fikrincə indi bu imic darmadağın olub və ABŞ bütün səylərini situasiyanın konservasiyasına yönəldib.

“Bunun nəticəsində isə dövlətlərarası qarşıdurmalar kəskin artıb. Bunun əsasını əvvəlki kimi qeyro-hərbi tədbirlər-siyasi, iqtisadi və informasiya sahəsi təşkil edir. Bundan əlavə qarşıdurma müasir cəmiyyətin bütün fəaliyyət sahələrinə-diplomatik, elmi, idman, mədəni sahələrə də sirayət edib, faktiki olaraq total xarakter daşıyır”-Gerasimov öz çıxışında bildirib.

Rusiya Baş qərargahında Azərbaycan-Ermənistan müharibəsinə hazırlıq görülür


Lakin general əlavə edib ki,hərbi metodlarla təsir göstərmək də öz qüvvəsində qalır. Bu cür müharibələri daha çox “yeni tip müharibələr” adlandırırlar. Hərçənd müharibə metodları daim dəyişir, əsasən isə yeniliklər ancaq bir sıra həllərdən və müharibə texnologiyalarından ibarətdir. Mahiyyət dəyişmir. Bütün bu hibrid metodlar ilk baxışdan sirr deyil və Çin sərkərdəsi II Sun-tszı tərəfindən hələ 5 min il əvvəl tətbiq edilib. O, öz ordusunun bilavasitə döyüşdə iştirak etmədən qalib gəlməsinin mühümlüyünü qeyd edirdi.

Konfransda gedən müzakirələrə əsasən müasir müharibələr göstərir ki, döyüş əməliyyatlarının dinamikliyi və gərginliyi daim artır. Düşmənə onun silahlı qüvvələrinin bütün müdafiəsi boyu və üstəlik düşmən ölkənin bütün ərazisinə zərbə vurmaq imkanları yaranır. Hərbi əməliyyatların hazırlanmasının və aparılmasının zaman parametrləri dəyişir, o cümlədən hərbi-siyasi rəhbərlik tərəfindən qərarların qəbul edilməsi vaxtı hərb maşının informasiyalaşması nəzərə alınmaqla qısalır. Düşmənə təsir nəinki ardıcıl və cəmləşdirilmiş formada, eyni zamanda müxtəlif teatrlar üzrə səpələnməklə və fasiləsiz olaraq göstərilə bilər. Bura kibersfera və informasiya müharibəsinin aparılması da daxildir.

Rusiya Baş qərargahında Azərbaycan-Ermənistan müharibəsinə hazırlıq görülür


“Üstəlik müxtəlif teatrlarda zərbələr formal olaraq bir-biri ilə bağlı olmaya, hansısa ölkə və ya koalisiya ilə əlaqəli görünməyə bilər. Tutaq ki, Suriyada münaqişənin növbəti kəskinləşməsi Donbassda irimiqyaslı hərbi əməliyyatların bərpa olunması ilə eyni vaxta təsadüf edə bilər. Üstəlik Orta Asiyada və ya Qafqazda, tutaq ki, Azərbaycanla Ermənistan arasında da müharibə başlayar-və bütün bunlar hamısı eyni zamanda baş verər. Tamamilə real ssenaridir. Və bütün bunlara hazır olmaq lazımdır”-müəllif konfransdakı müzakirələrə əsasən yazır.

Məhz bu ssenarini nəzərə alaraq ehtiyat qoşunların manevrlərinin və bir nöqtədən başqa nöqtəyə atılmasının təmin edilməsi, habelə onların zərbə altından çıxarılması üçün qoşunların strateji və taktiki mobilliyi ilə bağlı tələblər sərtləşdirilir. Radioelektron mübarizə vasitələrinin rolu həm rabitə, həm kəşfiyyat və naviqasiya, həm zərbə vasitəsi olaraq artır. Hansı ki, konfransda Rusiyanın radioelektron mübarizə vasitələrinin Suriyada effektiv işlədiyi qeyd olunub. Habelə kəşfiyyat-zərbə qapalı konturları yaradılıb və Yaxın Şərq hərbi əməliyyatlar teatrında, eyni zamanda təlimlərdə uğurla sınaqdan çıxarılıb. Onlar sürətli təsir edən kəşfiyyat vasitələri vahid sisteminə inteqrasiya olunub. Söhbət pilotsuz aparatlardan və aviasiyadan, orbital qruplaşmadan, radio və radiotexniki kəşfiyyat vasitələrindən, düşmənin hədəflərinin kompleks atəş zərbəsinə məruz qoyulması vasitələrindən gedir.

Rusiya Baş qərargahında Azərbaycan-Ermənistan müharibəsinə hazırlıq görülür


Gerasimov bildirib ki, qoşunların idarəedilməsi strukturları təkmilləşdirilir, yüksək dəqiqlikli və böyük radiuslu silahların döyüşə hazırlanması və tətbiqi üçün lazım olan vaxt müasir informasiya təminatının, təkmilləşdirilmiş idarəetmə sistemlərinin sayəsində 1.5 dəfə azalıb. Lakin işlər bununla yekunlaşmır. Hazırda qoşun növləri üzrə inteqrə edilmiş və avtomatik kəşfiyyat-zərbə sisteminin yaradılması üzərində iş gedir. Bu sistem zərbə dəqiqliyini daha 1.5-2 dəfə artıracaq, qərarların qəbulu üçün müddəti 2 dəfədən çox qısaldacaq. Yeni sistemin “Vostok-2018” təlimlərində sınaqdan keçiriləcəyi gözlənilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *